Monako-2023: DHL Fastest Pit Stop Award – ən yaxşı Red Bull-dur

Monakoda yarışın ən sürətli pit-stopunu Red Bull komandasının mexanikləri ediblər, Serxio Peresin bolidinə 53-cü dövrədə 2.15 saniyəyə xidmət göstərib - bu, mövsümdə üçüncü ən sürətli pit-stop olub.

F-1.az xəbər verir ki, ümumilikdə komandalar yarış zamanı 37 pit-stop ediblər. Ən uzunu Kevin Maqnussenin 56-cı dövrədə ön qanadını dəyişdirdiyi pit-stop olub.

Ümumi sıralamada Red Bull komandası Ferrari-yə çatsa da, hələlik ikinci yerdədir. İlk dördlük eyni qalıb, onlardan sonra AlphaTauri mexanikləri McLaren-dən həmkarlarını qabaqlayıblar, Aston Martin də yeddinci yerə yüksəlib.

Komanda Xallar
1. Ferrari 162
2. Red Bull 157
3. Alpine 92
4. Mercedes 56
5. AlphaTauri 38
6. McLaren 37
7. Aston Martin 26
8. Williams 18
9. Alfa Romeo 14
10. Haas 4

 

İlk onluqda birinci yerdə hələ də Ferrari-dir, Monakodan isə iki pit stop var…

Komanda Sürücü Qran Pri Zaman
1. Ferrari Şarl Lekelr Səudiyyə Ərəbistanı 2.10
2. Red Bull Serxio Peres Avstraliya 2.11
3. Red Bull Serxio Peres Monako 2.15
4. Ferrari Karlos Sayns Mayami 2.21
5. Ferrari Şarl Lekelr Bəhreyn 2.22
6. Ferrari Şarl Lekelr Monako 2.24
7. Red Bull Maks Ferstappen Bəhreyn 2.25
8. Red Bull Serxio Peres Mayami 2.27
9. Red Bull Serxio Peres Azərbaycan 2.30
10. Ferrari Karlos Sayns Bəhreyn 2.31
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*