Monako-2023: Birinci sərbəst yürüşlər

Komandalar keçən həftə baş tutmalı olan, lakin ləğv edilən Emiliya Romanya Qran Prisinə çoxlu yeniliklər hazırlayıblar və onları tamamilə əlverişsiz olan Monakoda yoxlamalı olublar.

F-1.az xəbər verir ki, xüsusilə, Mercedes ciddi şəkildə yenilənmiş bir maşın gətirib – daha böyük yan pontonlar və əhəmiyyətli dərəcədə yenidən işlənmiş aerodinamika nəzərə çarpıb. Ancaq digər komandalar da Monakoda çox vacib olan daha çox asfaltayatma qüvvəsi əldə etmək ümidi ilə yeni məhsullarla işləmək fürsətindən istifadə ediblər.

Dəstək yarışlarının sessiyalarından sonra ilk məşqlərdə tras artıq yaxşı vəziyyətdə olub və bu yaxınlarda döşənən yeni asfalt örtüyü buludsuz səma altında demək olar ki, 50 dərəcəyə qədər isinib.

Sürücülər tədricən sürəti artırıblar, lakin sessiya problemsiz ötüşməyib. Ferstappen mufta problemlərindən və pis idarəetmədən, Rassell mufta parametrlərindən şikayətlənib – hər ikisi pitə qayıdaraq maşınları mexaniklərə təhvil verib.

Sürücülər sürətli dövrədə olanlara keçməyə imkan verməyə çalışsalar da, tıxaclar yaranıb. Sayns 15-ci döngədə maneə ilə toqquşub, sonuncu döngədə isə Stroll eyni səhvi edib. Bottasu Pereslə toqquşmadan son anda qaça bilib.

Sessiyanın ortasında Sarcentin maşınındakı güc qurğusu qüvvəsini itirib, maşın tuneldə ciddi şəkildə yavaşlayıb – o, aşağı sürətlə boksa qayıdıb, sonra isə yenidən trasa çıxıb. 36-cı dəqiqədə Hülkenberq şikandakı maneəyə toxunduqdan sonra sökülən arxa sol təkərlə pitə qayıdıb və seans dağıntıları təmizləmək üçün qırmızı bayraqlarla beş dəqiqə dayandırılıb.

İkinci dəfə qırmızı bayraqlar Elbonun qəzaya uğramasından sonra son dəqiqələrdə dalğalanıb. Zərbə güclü olub, sürücü xəsarət almayıb, lakin Williams mexanikləri intensiv işləməli olacaqlar. Sessiyanın davam etdirilməməsi qərara alınıb.

Ən yaxşı vaxtı 1:13.372-lik nəticə ilə Karlos Sayns göstərib. Məşqlər axşam davam edəcək.

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:13.372 26
2 14 Fernando Alonso Aston Martin 1:13.710 + 0:00.338 28
3 44 Lyuis Həmilton4 Mercedes 1:14.035 + 0:00.663 27
4 11 Serxio Peres Red Bull 1:14.038 + 0:00.666 27
5 16 Şarl Lekler Ferrari 1:14.093 + 0:00.721 24
6 1 Maks Ferstappen Red Bull 1:14.244 + 0:00.872 26
7 4 Lando Norris McLaren 1:14.467 + 0:01.095 25
8 31 Esteban Okon Alpine 1:14.585 + 0:01.213 29
9 18 Ləns Stroll Aston Martin 1:14.653 + 0:01.281 28
10 23 Aleksander Elbon Williams 1:14.666 + 0:01.294 32
11 77 Valtteri Bottas Alfa Romeo 1:14.718 + 0:01.346 29
12 20 Kevin Maqnussen Haas 1:14.725 + 0:01.353 29
13 22 Yuki Tsunoda AlphaTauri 1:14.820 + 0:01.448 29
14 10 Pyer Qasli Alpine 1:14.866 + 0:01.494 30
15 63 Corc Rassell Mercedes 1:15.066 + 0:01.694 24
16 21 Nik de Friz AlphaTauri 1:15.083 + 0:01.711 33
17 81 Oskar Piastri McLaren 1:15.192 + 0:01.820 32
18 2 Loqan Sarcent Williams 1:15.557 + 0:02.185 30
19 24 Quanyu Çjou Alfa Romeo 1:15.684 + 0:02.312 25
20 27 Niko Hülkenberq Haas 1:15.785 + 0:02.413 17

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*