F-1.az bildirir ki, bu dəfə də Çjou problemlərə görə ilk 20 dəqiqəni boksda keçirməli olub. Ötən həftədən etibarən boğaz ağrısından şikayətlənən Norrisin səsi tam tutulub. Sessiya boyunca komanda ilə çox əlaqə saxlaya bilməsə də, proqramını tam yerinə yetirib.
Sürücülər yenə təkərlərin nə dərəcədə aşınmasını yoxlamaq istəyiblər, lakin olduqca isti hava buna mane olub. Sessiyanın ortasında bir çoxları Soft təkərlərə keçərək sıralanma turuna hazırlaşsa da, sonra yenidən Medium-lara qayıdıblar.
Məşqlər 15-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Rikkardo 14-cü döngədə qəza edib və maşının asılqanı qırılıb. Daniel özü kokpiti tərk edib, maşın dərhal təxliyə olunub və sürücülər yenidən trasa qayıdıblar. Peres maşının sol güzgüsünü zədələyib, lakin yoluna davam edib. Stroll və Norris ilk döngədəki, Həmilton isə 5-ci döngədəki təhlükəsizlik cibinə giriblər. Norris, Peres və Rassell trasın müxtəlif yerlərində maneələrlə təmas ediblər.
Şarl Lekler 1:12.656-lıq dövrə ilə yenə də protokollara başçılıq edib. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:12.656 | – | 30 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:12.700 | + 0:00.044 | 32 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:13.035 | + 0:00.379 | 31 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 1:13.103 | + 0:00.447 | 33 |
5 | 4 | Lando Norris | McLaren | 1:13.294 | + 0:00.638 | 24 |
6 | 63 | Corc Rassell | Mercedes | 1:13.406 | + 0:00.750 | 31 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 1:13.636 | + 0:00.980 | 32 |
8 | 14 | Fernando Alonso | Alpine | 1:13.912 | + 0:01.256 | 31 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:14.059 | + 0:01.403 | 31 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:14.134 | + 0:01.478 | 27 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:14.239 | + 0:01.583 | 31 |
12 | 44 | Lyuis Həmilton | Mercedes | 1:14.267 | + 0:01.611 | 29 |
13 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:14.468 | + 0:01.812 | 28 |
14 | 23 | Aleksander Elbon | Williams | 1:14.486 | + 0:01.830 | 33 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:14.525 | + 0:01.869 | 23 |
16 | 18 | Ləns Stroll | Aston Martin | 1:14.623 | + 0:01.967 | 29 |
17 | 47 | Mik Şumaxer | Haas | 1:14.894 | + 0:02.238 | 32 |
18 | 31 | Esteban Okon | Alpine | 1:15.216 | + 0:02.560 | 33 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:16.276 | + 0:03.620 | 33 |
20 | 3 | Daniel Rikkardo | McLaren | – | – | 2 |