Monako-2021: Yarış

Formula1 Monako küçələrinə bir illik fasilədən sonra yenidən qayıdıb. Keçən il koronavirus ucbatından baş tutmayan yarışa bu dəfə hətta azarkeşlər də buraxılıb. Testi neqativ çıxmış azarkeşlər tribunaların icazə verilən 40%-ni doldurublar.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan ilk məşqlərdə Serxio Peres, ikinci məşqlərdə Şarl Lekler hamını üstələyib. Dünənki son məşqlərdə isə protokollara başçılıq edən sürücü Maks Ferstappen olub. Sıralanma turunda isə Lekelr doğma yarışınd apoulun sahibi olub.

Lakin monakolu sürücünün son saniyələrdi qəzası heç də yaxşı nəticələnməyib. Hər nə qədər Ferrari heç bir problemin olmadığını, ötürmələr qutusunun dəyişdirilməsinə ehtiyac olmadığını və sürücünün pouldan start alacağını bildirsə də, Lekler start düzümü üçün gedərkən problemlərdən şikayət edib və boksa qayıtmalı olub. Mexaniklərin cəhdləri boşa çıxıb və bir qədər sonra Şarlın start ala bilməyəcəyi elan edilib.

Pirelli mövsümdə ilk dəfə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Tərkiblər arasındakı fərq kifayət qədər böyük olub. İlk onluqda hamı Soft təkərlərlə start alıb, arxadakı sürücülərdən isə Rikkardo, Rəykkönen, Rassell, Alonso və Latifi orta, Stroll və Tsunoda isə sərt təkərlərlə yarışa başlayıb.

Startda Bottas hücum etməyə çalışsa da, Ferstappen yerini qoruyub. Rikkardo Stroll və Rəykkönenə keçilib, Şumaxer isə Mazepini geridə qoyub. Ferstappen uzaqlaşmağa çalışsa da, Bottas onunla eyni tempdə yarışı davam etdirib. Lakin hər iki sürücü Saynsdan uzaqlaşmağa başlayıb. Peleton getdikcə uzanıb və heç kim hücumlara cəhd etməyib.

Şumaxer 28-ci dəqiqədə yanacaq sistemindəki problemə görə bir qədər yavaşlayıb və Mazepini irəli buraxıb, lakin sonra tempini bərpa edə bilib. Həmilton 30-cu dövrədə pit-stop edib və bu addımı atan ilk sürücü olub. Lyuis hər nə qədər təkərlərindən razı olsa da, komanda təkərləri dəyişməyi təklif edib və nəticədə bu, çempionatın liderinə mövqe itirmək bahasına başa gəlib.

Bottas bir dövrə sonra yeni təkərlər üçün pit yoluna üz tutub, lakin onun ön sağ təkərini yerindən çıxarmaq mümkün olmayıb. Xeyli cəhddən sonra finlandiyalı sürücü mübarizəni dayandırmağa məcbur olub. Onunla eyni dövrədə Norris və Qasli, sonrakı dövrədə Fettel təkərlərini dəyişib. Onların ardınca Sayns, Rassell, Covinatsi, Ferstappen, Peres, Mazepin, Rikkardo, Okon və Şumaxer növbəti 8 dövrə ərzində pit-stop ediblər. Rəykkönen, Latifi və nəhayət, Alonso gec də olsa, təkərlərini dəyişiblər. 50-ci dövrədən sonra ilk onluq: Ferstappen – Sayns – Norris – Peres – Fettel – Qasli – Həmilton – Stroll – Okon – Covinatsi.

Tsunoda 66-cı dövrədə pit-stop edərək ən sürətli dövrəni vursa da, Strolldan kifayət qədər uzaqlaşan Həmilton da bu addımı atıb və sürətli dövrəyə sahib olaraq əlavə 1 xal qazanıb. Onun 1:12.909-luq nəticəsi Monako Qran Prisi üçün yeni rekorddur.

Maks Ferstappen Monakoda ilk, mövsümdə ikinci, karyerasında isə 12-ci qələbəsini qazanıb. Niderlandlı sürücü əsas rəqibi Həmiltonun yalnız 7-ci ola bildiyi yarışın nəticəsinə görə karyerasında ilk dəfə çempionatda liderliyə yüksəlib. Serxio Peresin də dördüncü olması eyni zamanda Red Bull komandasının da Mühəndislər Kubokunda ilk yerə yüksəlməsi ilə nəticələnib.

Yarışda ikinci yeri tutan Karlos Sayns ən yaxşı nəticəsini təkrarlayıb – ispan sürücü keçən il Montsada da finiş xəttini ikinci keçmişdi.  Podiumu isə Lando Norris tamamlayıb. Antonio Covinatsi mövsümdə ilk xalını qazanıb.

Tipik Monako Qran Prisi geridə qalıb – startı hesaba qatmasaq, tras üzərində heç bir ötmə olmayıb, sıralanmanı yalnız pit-stoplar müəyyən qədər dəyişdirə bilib.

İki həftə sonra növbəti şəhər yarışı, Azərbaycan Qran Prisi baş tutacaq. Bakı küçələri Monte Karlodan fərqli olaraq, ötmələrə və real mübarizəyə imkan verir…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:38:56.820 1
2 55 Karlos Sayns Ferrari + 0:08.968 1
3 4 Lando Norris McLaren + 0:19.427 1
4 11 Serxio Peres Red Bull + 0:20.490 1
5 5 Sebastyan Fettel Aston Martin + 0:52.591 1
6 10 Pyer Qasli AlphaTauri + 0:53.896 1
7 44 Lyuis Həmilton Mercedes AMG + 1:08.231 2
8 18 Ləns Stroll Aston Martin +1 dövrə 1
9 31 Esteban Okon Alpine +1 dövrə 1
10 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
11 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
12 3 Daniel Rikkardo McLaren +1 dövrə 1
13 14 Fernando Alonso Alpine +1 dövrə 1
14 63 Corc Rassell Williams +1 dövrə 1
15 6 Nikolas Latifi Williams +1 dövrə 1
16 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 1
17 9 Nikita Mazepin Haas +3 dövrə 1
18 47 Mik Şumaxer Haas +3 dövrə 1

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:12.909 (69-cu dövrə, 164.769 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Vatteri Bottas Mercedes AMG 30 pit-stopda təkərin çıxmaması
Şarl Lekler Ferrari ötürmələr qutusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 105
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 101
3 4 Lando Norris McLaren Racing 56
4 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 47
5 11 Serxio Peres Red Bull Racing 44
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 40
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 38
8 3 Daniel Rikkardo McLaren Racing 24
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 16
10 31 Esteban Okon Alpine F1 Team 12
11 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 10
12 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 9
13 14 Fernando Alonso Alpine F1 Team 5
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 2
15 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Red Bull Racing Honda 149
2 Mercedes AMG Petronas F1 Team Mercedes 148
3 McLaren F1 Team Mercedes 80
4 Scuderia Ferrari Mission Winnow Ferrari 78
5 Aston Martin Cognizant F1 Team Mercedes 19
6 Scuderia AlphaTauri Honda Honda 18
7 Alpine F1 Team Renault 17
8 Alfa Romeo Racing ORLEN Ferrari 1
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*