F-1.az xatırladır ki, cümə axşamı baş tutan ilk məşqlərdə Serxio Peres, ikinci məşqlərdə Şarl Lekler hamını üstələyib. Bugünkü son məşqlərdə isə protokollara başçılıq edən sürücü Maks Ferstappen olub.
Pirelli mövsümdə ilk dəfə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Trasın qısalığına baxmayaraq, tərkiblər arasındakı fərq kifayət qədər böyük olub.
Bir qədər əvvəl baş tutan sərbəst yürüşlərin son dəqiqələrində qəza edən Mik Şumaxerin maşınını sıralanma turuna qədər təmir etmək mümkün olmayıb və alman sürücü iştirak edə bilməyib.
İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə mübarizəyə başlayıblar. Hamının trasda olması tıxaclara səbəb olub, lakin bunun öhdəsindən gəlmək Monakoda çox vacibdir. Təkərlərin isinməsi bir neçə dövrəyə başa gəlib. İnsident olmayıb, sadəcə Rəykkönen bir dəfə təhlükəsizlik cibinə girib. Bottas 1:10.938-lik nəticə ilə fərqlənib, Mazepin, Latifi, Alonso və Tsunoda sabahkı yarışa ən gerilərdən başlayacaqlar.
İkinci Sessiyada da hamı ən sürətli təkər olan Soft ilə trasa çıxıb. Stroll yeddinci döngədinin çıxışında baryerlərlə toqquşub, lakin boksa qayıda bilib. Bir qədər sonra isə yenidən mübarizəyə qoşulub. Ferstappen əvvəlcə hamıdan sürətli olsa da, bir qədər sonra Lekler onu keçib – 1.10.597. Rassel, Rəykkönen, Stroll, Rikkardo və Okon ilk onluğa düşmək şansını əldən veriblər.
Son Sessiyada Ferstappen, Bottas, Covinatsi və Qasli daha tez trasa çıxıblar və ardıcıl dövrələrə başlayıblar. Ferstappen yenə də yaxşı nəticə göstərib, lakin Lekler onu 0.2 saniyə qabaqlamağa nail olub – 1:10.346. Həlledici son cəhd üçün hər bir sürücünün bir dəst təzə Soft təkərləri olub və hamı onların maşına taxılması üçün pit yoluna yönəlib.
Poula namizədlər öz sektor nəticələrini yaxşılaşdırmağa başlayıblar, lakin Leklerin “Hovuz”-un çıxışında qəza etməsi ilə qırmızı bayraqlar dalğalandırılıb və sessiyanın başa çatdığı elan edilib.
Şarl Lekler mövsümdə ilk, karyerasında isə 8-ci poulunu əldə edib. O, həm də Monakoda poul qazanan ilk yerli sürücü olub. Maks Ferstappen sabahkı yarışa onun yanından başlayacaq. Valtteri Bottas, Karlos Sayns və Lando Norris sonrakı yerləri tutublar. Lyuis Həmilton isə 2018-ci ildəki Almaniya Qran Prisindən bəri ilk dəfə altıncı yerdən daha aşağı sıralanma nəticəsi göstərib.
Sabah bizi ötmələrin az olacağı, lakin gərgin bir yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 2 | 1:11.113 | 10 | 1 | 1:10.597 | 10 | 1:10.346 | 7 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:11.124 | 7 | 2 | 1:10.650 | 9 | 1:10.576 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:10.938 | 9 | 3 | 1:10.695 | 11 | 1:10.601 | 8 |
4 | 55 | Karlos Sayns | Ferrari | 5 | 1:11.324 | 8 | 4 | 1:10.806 | 10 | 1:10.611 | 7 |
5 | 4 | Lando Norris | McLaren | 4 | 1:11.321 | 7 | 6 | 1:11.031 | 9 | 1:10.620 | 7 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 6 | 1:11.560 | 9 | 8 | 1:11.179 | 12 | 1:10.900 | 9 |
7 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 7 | 1:11.622 | 14 | 7 | 1:11.116 | 9 | 1:11.095 | 7 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 15 | 1:12.078 | 10 | 9 | 1:11.309 | 10 | 1:11.419 | 6 |
9 | 11 | Serxio Peres | Red Bull | 8 | 1:11.644 | 9 | 5 | 1:11.019 | 10 | 1:11.573 | 7 |
10 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 9 | 1:11.658 | 11 | 10 | 1:11.409 | 10 | 1:11.779 | 7 |
11 | 31 | Esteban Okon | Alpine | 10 | 1:11.740 | 12 | 11 | 1:11.486 | 10 | ||
12 | 3 | Daniel Rikkardo | McLaren | 11 | 1:11.747 | 12 | 12 | 1:11.598 | 9 | ||
13 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 1:11.979 | 11 | 13 | 1:11.600 | 9 | ||
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 12 | 1:11.899 | 11 | 14 | 1:11.642 | 10 | ||
15 | 63 | Corc Rassell | Williams | 14 | 1:12.016 | 14 | 15 | 1:11.830 | 10 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:12.096 | 13 | |||||
17 | 14 | Fernando Alonso | Alpine | 17 | 1:12.205 | 12 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:12.366 | 14 | |||||
19 | 9 | Nikita Mazepin | Haas | 19 | 1:12.958 | 12 | |||||
20 | 47 | Mik Şumaxer | Haas | 20 | – | 0 |