F-1.az bildirir ki, keçən il burada yarış baş tutmamışdı və bu il dörd sürücü – Latifi, Mazepin, Tsunoda və Şumaxer burada debüt ediblər. Bu sürücülərdən üçü digər seriyalarda burada mübarizə aparsa da, Tsunoda üçün bu imkan ilk dəfə yaranıb.
Lekler artıq ilk dəqiqələrdən ötürmələr qutusunun dördüncü pilləyə keçməməsindən şikayət edib. Şarl boksa qayıdıb və öz doğma yarışında çox vacib olan sessiyanı boşa verməli olub.
Alonso 24-cü dəqiqədə son döngədə qəza edib, ön qanadını qırıb. Qırıntıların yığışdırılması üçün bir neçə dəqiqəlik Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Ferando yavaş-yavaş boksa qayıdıb. 31-ci dəqiqədə isə Rəykkönenin təhlükəsizlik cibinə girməsinə görə sarı bayraqlar dalğalanıb. Bir qədər sonra bu səhvi Alonso da edib.
Sayns da baryerlərə toxunduğu üçün boksa gəlib, lakin proqramına davam edə bilib. Protokollara Serxio Peres başçılıq edib – 1:12.487. Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:12.487 | – | 35 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:12.606 | + 0:00.119 | 32 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.648 | + 0:00.161 | 39 |
4 | 10 | Pyer Qasli | AlphaTauri | 1:12.929 | + 0:00.442 | 37 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.995 | + 0:00.508 | 34 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.131 | + 0:00.644 | 36 |
7 | 4 | Lando Norris | McLaren | 1:13.236 | + 0:00.749 | 31 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:13.732 | + 0:01.245 | 32 |
9 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:13.746 | + 0:01.259 | 39 |
10 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:14.081 | + 0:01.594 | 30 |
11 | 18 | Ləns Stroll | Aston Martin | 1:14.090 | + 0:01.603 | 33 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:14.106 | + 0:01.619 | 27 |
13 | 14 | Fernando Alonso | Alpine | 1:14.205 | + 0:01.718 | 37 |
14 | 6 | Nikolas Latifi | Williams | 1:14.268 | + 0:01.781 | 40 |
15 | 3 | Daniel Rikkardo | McLaren | 1:14.281 | + 0:01.794 | 35 |
16 | 31 | Esteban Okon | Alpine | 1:14.320 | + 0:01.833 | 37 |
17 | 9 | Nikita Mazepin | Haas | 1:14.616 | + 0:02.129 | 32 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:14.801 | + 0:02.314 | 34 |
19 | 63 | Corc Rassell | Williams | 1:14.840 | + 0:02.353 | 35 |
20 | 16 | Şarl Lekler | Ferrari | 1:19.618 | + 0:07.131 | 4 |