Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az xəbər verir ki, stüardlar ilk beş yarışdan fərqli olaraq, bu dəfə heç kimin hesabına cərimə balı yazmayıblar. Növbəti yarış iki həftə sonra baş tutacaq və bu müddətdə sürücülərin keçən il Monakoda aldıqları cərimə balları ləğv ediləcək – Serxio Peres və artıq karyerasını başa vurmuş Censon Battonun hesabından 2 xal silinəcək. Beləliklə, britaniyalı sabiq sürücü cərimə ballarından tamamilə “təmizlənmiş” olacaq. Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə | 4-cü cərimə |
1 | 26 | Daniil Kvyat | 7 | 2 (Kanada, 2017) | 2 (Avstriya, 2017) | 2 (Britaniya, 2017) | 1 (Macarıstan, 2017) |
2 | 20 | Kevin Maqnussen | 7 | 2 (Kanada, 2017) | 2 (Macarıstan 2017) | 1 (ABŞ, 2017) | 2 (Azərbaycan, 2018) |
3 | 9 | Markus Eriksson | 7 | 2 (ABŞ, 2017) | 3 (Çin, 2018) | 2 (Azərbaycan, 2018) | |
5 | 33 | Maks Ferstappen | 5 | 2 (Macarıstan, 2017) | 1 (ABŞ, 2017) | 2 (Çin, 2018) | |
6 | 8 | Roman Qrojan | 5 | 1 (Meksika, 2017) | 2 (Braziliya, 2017) | 2 (İspaniya, 2018) | |
7 | 28 | Brendon Hartli | 4 | 4 (Bəhreyn, 2018) | |||
8 | 11 | Serxio Peres | 3 | 1 (Belçika, 2017) | 2 (Azərbaycan, 2018) | ||
8 | 19 | Felipe Massa | 3 | 3 (Belçika, 2017) | |||
9 | 2 | Stoffel Vandorn | 3 | 2 (Avstriya, 2017) | 1 (İspaniya, 2018) | ||
10 | 5 | Sebastyan Fettel | 3 | 3 (Azərbaycan, 2017) | |||
11 | 7 | Kimi Rəykkönen | 3 | 3 (Belçika, 2017) | |||
12 | 14 | Fernando Alonso | 2 | 2 (Yaponiya, 2017) | |||
13 | 55 | Karlos Sayns | 2 | 2 (Kanada, 2017) | |||
15 | 35 | Sergey Sirotkin | 2 | 2 (Azərbaycan, 2018) | |||
16 | 10 | Pyer Qasli | 2 | 2 (Çin, 2018) | |||
17 | 3 | Daniel Rikkardo | 2 | 2 (Avstraliya, 2018) | |||
18 | 18 | Ləns Stroll | 1 | 1 (ABŞ, 2017) | |||
19 | 27 | Niko Hülkenberq | 1 | 1 (Əbu Dabi, 2017) | |||
20 | 30 | Colion Palmer | 1 | 1 (İtaliya, 17) |
Rəsmi xəbərdarlıqlarda vəziyyət bu dəfə dəyişməyib.
Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.
Yer | N | Sürücü | Tras üzərində | Trasdan kənarda | Ümumi |
1 | 33 | Maks Ferstappen | 1 | 0 | 1 |
2 | 3 | Daniel Rikkardo | 1 | 0 | 1 |
3 | 20 | Kevin Maqnussen | 1 | 0 | 1 |