F-1.az bildirir ki, ilk dəfə istifadə olunan HyperSoft təkərlərin asfaltla ilişməsinin çox yüksək olması ilk məşqlərdən etibarən trasın mütləq rekordunun tez-tez yenilənməsinə şərait yaradıb. Tərkiblər arasında fərqin çoxluğu cümə axşamından artıq məlum olub. HyperSoft təkərlər UltraSoft-lardan bir saniyə sürətli olublar.
Əvvəlcədən də burada favorit göstərilən Red Bull sürücüləri həftəsonuna əla başlayıblar – Rikkardo hər üç məşq sessiyasının qalibi olub. Ferstappen burada əla nəticə göstərmək şansının üzərindən bugünkü məşqlərdə xətt çəkib – sessiyanın sonuna 10 dəqiqə qalmış qəza edən hollandiyalı sürücünün maşınını intensiv çalışmalara baxmayaraq, sıralanma turuna çatdırmaq mümkün olmayıb. Maşının asılqanları ilə birlikdə, ötürmələr qutusu da sıradan çıxıb.
Birinci sessiyaya bütün sürücülər trasa HyperSoft təkərlərlə çıxıblar. Sürücülərin əksəriyyəti trafikə düşüb. Bottas Rəykkönenə mane olub. Rikkardo üstünlüyünü davam etdirib – 1:12.013. Hartli, Eriksson, Stroll və Maqnussen mübarizəni dayandırıblar.
İkinci sessiyaya Mercedes sürücüləri UltraSoft, digərləri isə HyperSoft təkərlərlə başlayıblar. Lakin tərkiblər arasında fərq çox olduğundan, ikinci cəhdlərində ən yumşaq təkərlərə keçməli olublar. Rikkardo 1.11.278-lik nəticə ilə hamını üstələyib. İlk onluğa düşə bilməyən sürücülər Hülkenberq, Vandorn, Sirotkin, Lekler və Qrojan olublar.
Son sessiyada hamı HyperSoft təkərlərlə boksları tərk edib. Rikkardo elə ilk cəhddə möhtəşəm nəticə göstərib – 1.10.810! Bu, trasın yeni mütləq rekordudur. İkinci cəhddə Həmilton ilk sektorun rekordu, ikinci sektorda özünün ən yaxşı nəticəsi ilə getsə də, yalnız üçüncü ola bilib. Rikkardo öz nəticəsini yaxşılaşdıra bilməyib, lakin bu, böyük fərqlə poulu qazanmasına mane olmayıb.
Daniel Rikkardo karyerasında ikinci poulunu qazanıb. Maraqlıdır ki, ilk poulu da 2016-cı ildə məhz buradakı yarışa təsadüf edirdi.
Monako Qran Prisi sabah Bakı vaxtı ilə 17:10-da start götürəcək…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1 | 1:12.013 | 5 | 1 | 1:11.278 | 6 | 1:10.810 | 6 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:12.415 | 8 | 3 | 1:11.518 | 6 | 1:11.039 | 7 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:12.460 | 8 | 4 | 1:11.584 | 8 | 1:11.232 | 6 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 6 | 1:12.639 | 9 | 2 | 1:11.391 | 6 | 1:11.266 | 7 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:12.434 | 10 | 5 | 1:12.002 | 9 | 1:11.441 | 6 |
6 | 31 | Esteban Okon | Force İndia | 14 | 1:13.028 | 11 | 6 | 1:12.188 | 10 | 1:12.061 | 6 |
7 | 14 | Fernando Alonso | McLaren | 7 | 1:12.657 | 9 | 8 | 1:12.269 | 9 | 1:12.110 | 8 |
8 | 55 | Karlos Sayns | Renault | 13 | 1:12.950 | 12 | 9 | 1:12.286 | 9 | 1:12.130 | 7 |
9 | 11 | Serxio Peres | Force İndia | 10 | 1:12.848 | 11 | 7 | 1:12.194 | 6 | 1:12.154 | 6 |
10 | 10 | Pyer Qasli | Toro Rosso | 12 | 1:12.941 | 12 | 10 | 1:12.313 | 9 | 1:12.221 | 8 |
11 | 27 | Niko Hülkenberq | Renault | 15 | 1:13.065 | 12 | 11 | 1:12.411 | 10 | ||
12 | 2 | Stoffel Vandorn | McLaren | 5 | 1:12.463 | 10 | 12 | 1:12.440 | 9 | ||
13 | 35 | Sergey Sirotkin | Williams | 8 | 1:12.706 | 9 | 13 | 1:12.521 | 10 | ||
14 | 16 | Şarl Lekler | Sauber | 9 | 1:12.829 | 11 | 14 | 1:12.714 | 9 | ||
15 | 8 | Roman Qrojan | Haas | 11 | 1:12.930 | 12 | 15 | 1:12.728 | 9 | ||
16 | 28 | Brendon Hartli | ToroRosso | 16 | 1:13.179 | 12 | |||||
17 | 9 | Markus Eriksson | Sauber | 17 | 1:13.265 | 11 | |||||
18 | 18 | Ləns Stroll | Williams | 18 | 1:13.323 | 10 | |||||
19 | 20 | Kevin Maqnussen | Haas | 19 | 1:13.393 | 12 | |||||
20 | 33 | Maks Ferstappen | Red Bull | 20 | – | 0 |