Monako-2018: İkinci sərbəst yürüşlər

İkinci seansda asfaltın vəziyyəti yaxşılaşıb. Trayektoriya işlənmiş rezin qatı ilə örtülüb və sürücülər sürətlərini artırıblar. Komandalar sazlanmalar və təkərlər üzərində işləyiblər. Əsas diqqət UltraSoft və HyperSoft tərkiblərə cəmlənib.

F-1.az bildirir ki, sessiya 25-ci dəqiqədə dördüncü və beşinci döngələr arasındakı hissədə drenaj qapağı qırıldığından qırmızı bayraqla dayandırılıb. Həmin yerə təmir briqadası və Çarli Uaytinq şəxsən özü baş çəkib. Təmirə görə fasilə 15 dəqiqə davam edib. Yaşıl bayraqlar dalğalandıqdan sonra sürücülər uzun dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamağa başlayıblar.

İlk sessiyadan fərqli olaraq, bu dəfə insident baş verməyib və sürücülər proqramlarını tam yerinə yetirə biliblər. Bir çoxları Red Bull-u bu yarışın favoriti göstərirdi və komanda da bunu təsdiqləyib – səhər olduğu kimi, bu dəfə də Rikkardo protokollara başçılıq edib və trasın rekordunu yeniləyib – 1.11.841.

Sabah Monte Karlo küçələrində ənənəvi olaraq heç bir sessiya keçirilməyəcək. Məşqlər şənbə günü davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:11.841 33
2 33 Maks Ferstappen Red Bull 1:12.035 + 0:00.194 41
3 5 Sebastyan Fettel Ferrari 1:12.413 + 0:00.572 42
4 44 Lyuis Həmilton Mercedes AMG 1:12.536 + 0:00.695 34
5 7 Kimi Rəykkönen Ferrari 1:12.543 + 0:00.702 36
6 77 Valtteri Bottas Mercedes AMG 1:12.642 + 0:00.801 38
7 27 Niko Hülkenberq Renault 1:13.047 + 0:01.206 30
8 2 Stoffel Vandorn McLaren 1:13.077 + 0:01.236 40
9 14 Fernando Alonso McLaren 1:13.115 + 0:01.274 42
10 55 Karlos Sayns Renault 1:13.200 + 0:01.359 34
11 28 Brendon Hartli Toro Rosso 1:13.222 + 0:01.381 47
12 11 Serxio Peres Force İndia 1:13.370 + 0:01.529 39
13 31 Esteban Okon Force İndia 1:13.382 + 0:01.541 47
14 10 Pyer Qasli Toro Rosso 1:13.410 + 0:01.569 32
15 35 Sergey Sirotkin Williams 1:13.547 + 0:01.706 44
16 20 Kevin Maqnussen Haas 1:13.572 + 0:01.731 41
17 16 Şarl Lekler Sauber 1:13.575 + 0:01.734 45
18 8 Roman Qrojan Haas 1:13.763 + 0:01.922 37
19 18 Ləns Stroll Williams 1:14.011 + 0:02.170 34
20 9 Markus Eriksson Sauber 1:14.173 + 0:02.332 46
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*