Monako-2018: Günün sürücüsü – Daniel Rikkardo

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, pouldan start alan, yarışın ortalarından etibarən mühərrik problemi ilə qarşılaşmasına baxmayaraq, finişə qədər mövqeyini qoruyaraq mövsümdə ikinci qələbəsini qazanan Red Bull-un sürücüsü Daniel Rikkardo  “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə bu ada ilinci dəfə layiq görülür. “Günün Sürücüsü” seçildiyi Çin Qran Prisində də qələbə qazanmışdı.

Rikkardo keçən il iki dəfə, 2016-cı ildə isə bir dəfə azarkeşlərin rəğbətini qazana bilib.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*