F-1.az xəbər verir ki, hər yarışda ilk onluğa düşməyi bacaran Sauber mexanikləri bu dəfə hamıdan sürətli olublar. Onlar Şarl Leklerin maşınına 2.21 saniyə ərzində xidmət göstəriblər. Mercedes mexaniklərinin Həmilton üçün etdiyi pit stopla Ferrari mexaniklərinin Fettel üçün etdiyi pit-stop eyni vaxta başa gəlib – 2.38 saniyə.
Maraqlıdır ki, yarışın qalibi Rikkardo üçün edilən pit-stop ilk onluğa düşməyib. Bununla belə, komanda liderlyini inamla davam etdirir. Növbəti yerləri tutan Ferrari, Mercedes və Williams onlardan xeyli geri qalırlar…