Monakoda hər bir dövrə çox vacibdir, lakin ilk sessiyada heç də hamı kifayət qədər işləyə bilməyib.
F-1.az bildirir ki, Kevin Maqnussen elektrik problemləri üzündən uzun müddət işləyə bilməyib. Qrojanın maşınının altlığı da sessiya ərzində dəyişdirilib. Alonso isə ölçmə cihazlarındakı problemər üzündən yalnız son dəqiqələrdə boksu tərk edə bilib.
Sirotkin 15-ci dəqiqədə son döngədə divarla təmas yaşayıb və təkərini zədələyib. O, özü boksa qayıda bilib. Stroll isə oturacaq problemi ilə qarşılaşıb. Ferstappen səhvə yol verərək təhlükəsizlik cibinə girib və arxa ötürmə ilə trasa qayıdıb. Onun manevri təhlükəli görünüb, stüardlar araşdırıblar, lakin heç bir cəza tətbiq edilməyib. Qrojan, Stroll və Okon baryerlərlə toqquşublar, lakin maşınlara zərər dəyməyib.
Protokollara Rikkardo başçılıq edib – 1:12.126. Bu, trasın yeni mütləq rekordudur, lakin həftəsonu ərzində nəticənin daha da yaxşılaşdırılacağı şübhə doğurmur. Maks komanda yoldaşına 0.154 saniyə fərqlə məğlub olub.
Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.126 | – | 36 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.280 | + 0:00.154 | 25 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.480 | + 0:00.354 | 34 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.041 | + 0:00.915 | 40 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:13.066 | + 0:00.940 | 38 |
6 | 55 | Karlos Sayns | Renault | 1:13.456 | + 0:01.330 | 40 |
7 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.502 | + 0:01.376 | 39 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:13.717 | + 0:01.591 | 39 |
9 | 8 | Roman Qrojan | Haas | 1:13.943 | + 0:01.817 | 24 |
10 | 35 | Sergey Sirotkin | Williams | 1:13.962 | + 0:01.836 | 40 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:14.000 | + 0:01.874 | 39 |
12 | 28 | Brendon Hartli | Toro Rosso | 1:14.034 | + 0:01.908 | 46 |
13 | 27 | Niko Hülkenberq | Renault | 1:14.134 | + 0:02.008 | 38 |
14 | 10 | Pyer Qasli | Toro Rosso | 1:14.240 | + 0:02.114 | 38 |
15 | 2 | Stoffel Vandorn | McLaren | 1:14.291 | + 0:02.165 | 37 |
16 | 16 | Şarl Lekler | Sauber | 1:14.521 | + 0:02.395 | 31 |
17 | 14 | Fernando Alonso | McLaren | 1:14.637 | + 0:02.511 | 16 |
18 | 18 | Ləns Stroll | Williams | 1:14.782 | + 0:02.656 | 43 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:15.206 | + 0:03.080 | 39 |
20 | 20 | Kevin Maqnussen | Haas | 1:18.801 | + 0:06.675 | 7 |