Monako-2017: Üçüncü stüard – Derek Uorik

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Knyazlığın dar küçələrində stüardlara kömək etmək üçün FİA keçmiş sürücü Derek Uoriki dəvət edib.

Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Dereklə birlikdə həftəsonunun mübahisəli insidentlərini Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və FİA-nın vitse-prezidenti Xose Abed araşdıracaqlar.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*