F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Rikkardo və Qrojan əyləci gec basdıqlarından təhlükəsizlik ciblərinə giriblər. Hər iki sürücü baryerlərə sürtünsə də, maşınlara zərər dəyməyib. Sessiyanın sonuna az qalmış Esteban Okon qəzaya uğrayıb – maşının asılqanı qırılıb və 16-cı döngədəki Tec-Pro baryerləri ilə toqquşub.
Bolidin təxliyə olunması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Sürücülər bir neçə dəqiqədən sonra işləməyə davam ediblər. Sessiyanın sonunda isə Daniel Rikkardo əyləc probleminəə görə ilk döngədəki təhlükəsizlik zonasında dayanmalı olub.
Mercedes AMG ikinci sessiya ilə müqayisədə, Ferrari ilə aradakı fərqi azaldıb, lakin hələ də geri qalır. İtalyan komandanın sürücüləri protokolların ilk iki yerində qərarlaşıblar – Sebastyan Fettel 1:12.395-lik dövrəsi ilə trasın yeni rekordunu müəyyənləşdirib.
Bakı vaxtı ilə saat 16:00-da bizi gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:12.395 | – | 22 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:12.740 | + 0:00.345 | 26 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:12.830 | + 0:00.435 | 28 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.940 | + 0:00.545 | 26 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:13.230 | + 0:00.835 | 26 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:13.392 | + 0:00.997 | 24 |
7 | 55 | Karlos Sayns | Toro Rosso | 1:13.400 | + 0:01.005 | 27 |
8 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:13.563 | + 0:01.168 | 22 |
9 | 20 | Kevin Maqnussen | Haas | 1:13.596 | + 0:01.201 | 20 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:13.805 | + 0:01.410 | 20 |
11 | 11 | Serxio Peres | Force İndia | 1:13.936 | + 0:01.541 | 23 |
12 | 22 | Censon Batton | McLaren | 1:13.976 | + 0:01.581 | 25 |
13 | 31 | Esteban Okon | Force İndia | 1:14.072 | + 0:01.677 | 21 |
14 | 19 | Felipe Massa | Williams | 1:14.072 | + 0:01.677 | 28 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:14.283 | + 0:01.888 | 23 |
16 | 8 | Roman Qrojan | Haas | 1:14.547 | + 0:02.152 | 22 |
17 | 18 | Ləns Stroll | Williams | 1:14.675 | + 0:02.280 | 34 |
18 | 30 | Colion Palmer | Renault | 1:15.164 | + 0:02.769 | 24 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:15.291 | + 0:02.896 | 28 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:15.863 | + 0:03.468 | 25 |