Formula1 knyazlığın küçələrinə debüt ilində gəlib, ilk mərhələ Fanxionun qələbəsi ilə başa çatmışdı – əfsanəvi sürücü yarış məsafəsini 3 saat 13 dəqiqə 19 saniyəyə (orta sürət 98.7 km/saat) qət etmişdi. 1952-ci ildə məşqlər zamanı Luici Faciolinin həlak olmasından sonra bir çox mütəxəssislər trası təhlükəli hesab edərək 4 il təqvimə salmadılar, 1955-ci ildən isə Monako həmişəlik Formula1-ə qayıtdı. İndiyə kimi Monakoda iki sürücü dünyasını dəyişib, iki maşın suya düşüb, amma Monako Qran Prisi ən təhlükəsiz mərhələdir.
Təqvimdə ən yavaş yarışdır, sıralanma turunda poulla autsayderi çox az vaxt ayırır, ona görə də sürücülər risk edirlər. Monakoda praktiki olaraq ötmək mümkün deyil, yarışın taleyi sıralanma turunda və birinci döngədə həll olunur.
Son on ildə Monakoda 7 dəfə faktiki olaraq pouldan start alan sürücü qalib gəlib. Üç istisna var və hamısı Həmiltonla bağlıdır – 2008-ci ildə şənbə günü Massa poul qazansa da, xaotik yağışlı yarışı Həmilton qələbə ilə başa vurmuşdu, iki il Həmilton pouldan start alaraq uzun müddət yarışa başçılıq etsə də, əlavə pit-stopa görə yarışı 3-cü yerdə başa vurmuşdu və keçən il Daniel Rikkardo karyerasında ilk poulundan sonra pit-stopda komandasının səhvi üzündən qələbəni elə həmin Həmiltona hədiyyə etmişdi. Daha iki statistik aydınlaşdırma edək: 2006-cı və 2012-ci illərdə sıralanma turlarında Mixael Şumaxer poul qazanmışdı, amma hər iki halda cərimələndiyi üçün pouldan Alonso və Uebber start almışdılar və qələbəyə də məhz onlar sevinmişdilər.
FORMULA 1 GRAND PRIX DE MONACO 2017 | ||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
25-28 may 2017 | Circuit de Monte Carlo | 3337 m | 78 | 260.286 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Nadir tras nadir yanaşma tələb edir, komandalar asılqanları və aerodinamikanı asfaltayatma qüvvəsinin və asfaltla ilişmənin ən effektiv maksimum kəmiyyətinə sazlayırlar. Kələ-kötür düzlüklər və gərgin döngələr şassinin xüsusi sazlanmalarını, itibucaqlı sancaq döngələr isə təkərlərin böyük dönmə bucağını tələb edir.
Maşına, texnikaya inam və dövrənin optimal templə qət edilməsi həlledici rol oynayır, komandalar sürücülərə sərbəst yürüşlərdə trasda işləmək üçün maksimum zaman verirlər, məşqlər zamanı qəza həftəsonuna ciddi təsir edə bilər. Monako trasında dövrəni təmiz vurmaq çox çətindir – sıralanma turunda bir dövrədə 3 ən yaxşı sektoru səhvə yol vermədən toplamaq əsl çağırışdır.
Cümə axşamı ilk məşqlərdə asfaltın vəziyyəti ürəkaçan olmur, axşama vəziyyət tədricən düzəlir, amma Formula1 sürücüləri cümə günü trasda işləmirlər, ona görə də şənbə səhəri yenə də asfaltın vəziyyəti dəyişir.
2016-cı ilin Monako Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Buludlu. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:15.537 |
2-ci sərbəst yürüşlər | Günəşli. Quru | Daniel Rikkardo | Red Bull | 1:14.607 |
3-cü sərbəst yürüşlər | Günəşli. Quru | Sebastyan Fettel | Ferrari | 1:14.650 |
Sıralanma turu | Günəşli. Quru | Daniel Rikkardo | Red Bull | 1:13.622 |
Yarışda sürətli dövrə | Buludlu. Qurumaqda olan tras | Lyuis Həmilton | Mercedes AMG | 1:17.939 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Monako Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Monako Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
25 may | 1-ci sərbəst yürüşlər | 12:00 | – |
25 may | 2-ci sərbəst yürüşlər | 16:00 | – |
27 may | 3-cü sərbəst yürüşlər | 13:00 | – |
27 may | Sıralanma turu | 16:00 | 15:50 |
28 may | Yarış | 16:00 | 15:30 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Monakoya Pirelli ən yumşaq üçlüyünü UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Mövsümdə ilk dəfə sürücülər təkər dəstlərinin sayını özləri seçiblər. Ona görə də ən yumşaq tərkibdən çox seçilməsi gözlənilən idi.
Sürücü | Komanda | Hard | Medium | Soft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 3 | 9 |
Valtteri Bottas | Mercedes AMG | 1 | 3 | 9 |
Daniel Rikkardo | Red Bull | 1 | 1 | 11 |
Maks Ferstappen | Red Bull | 1 | 1 | 11 |
Sebastyan Fettel | Ferrari | 1 | 2 | 10 |
Kimi Rəykkönen | Ferrari | 1 | 2 | 10 |
Serxio Peres | Force İndia | 1 | 2 | 10 |
Esteban Okon | Force İndia | 1 | 2 | 10 |
Felipe Massa | Williams | 1 | 1 | 11 |
Ləns Stroll | Williams | 1 | 1 | 11 |
Censon Batton | McLaren | 2 | 1 | 10 |
Stoffel Vandorn | McLaren | 1 | 2 | 10 |
Karlos Sayns | Toro Rosso | 1 | 3 | 9 |
Daniil Kvyat | Toro Rosso | 1 | 3 | 9 |
Roman Qrojan | Haas | 1 | 2 | 10 |
Kevin Maqnussen | Haas | 1 | 2 | 10 |
Niko Hülkenberq | Renault | 1 | 1 | 11 |
Colion Palmer | Renault | 1 | 1 | 11 |
Markus Eriksson | Sauber | 1 | 2 | 10 |
Paskal Verlyayn | Sauber | 1 | 2 | 10 |
STATİSTİKA
Hazırkı pilotların Monako Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
L.Həmilton | 10 | 116 | 1 | 5 | 2 |
S.Fettel | 9 | 107 | 1 | 4 | 1 |
C.Batton | 16 | 55 | 1 | 3 | 1 |
F.Massa | 14 | 48 | 1 | 2 | – |
D.Rikkardo | 6 | 43 | 1 | 2 | – |
K.Rəykkönen | 14 | 36 | 1 | 3 | 1 |
N.Hülkenberq | 6 | 22 | – | – | – |
S.Peres | 6 | 21 | – | 1 | – |
D.Kvyat | 3 | 12 | – | – | – |
K.Sayns | 2 | 5 | – | – | – |
R.Qrojan | 5 | 4 | – | – | – |
K.Maqnussen | 2 | 1 | – | – | – |
V.Bottas | 4 | – | – | – | – |
M.Erikson | 3 | – | – | – | – |
M.Ferstappen | 2 | – | – | – | – |
C.Palmer | 1 | – | – | – | – |
P.Verlyayn | 1 | – | – | – | – |
L.Stroll | – | – | – | – | – |
E.Okon | – | – | – | – | – |
S.Vandorn | – | – | – | – | – |
Monako Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
29.05.2016 | Monte Karlo | D.Rikkardo | Red Bull | L.Həmilton | Mercedes AMG |
24.05.2015 | Monte Karlo | L.Həmilton | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
25.05.2014 | Monte Karlo | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
26.05.2013 | Monte Karlo | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
27.05.2012 | Monte Karlo | M.Uebber | Red Bull | M.Uebber | Red Bull |
29.05.2011 | Monte Karlo | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
16.05.2010 | Monte Karlo | M.Uebber | Red Bull | M.Uebber | Red Bull |
24.05.2009 | Monte Karlo | C.Batton | Brawn GP | C.Batton | Brawn GP |
25.05.2008 | Monte Karlo | F.Massa | Ferrari | L.Həmilton | McLaren |
27.05.2007 | Monte Karlo | F.Alonso | McLaren | F.Alonso | McLaren |
28.05.2006 | Monte Karlo | F.Alonso | Renault | F.Alonso | Renault |
22.05.2005 | Monte Karlo | K.Rəykkönen | McLaren | K.Rəykkönen | McLaren |
23.05.2004 | Monte Karlo | Y.Trulli | Renault | Y.Trulli | Renault |
01.06.2003 | Monte Karlo | R.Şumaxer | Williams | X.Mantoyya | Williams |
26.05.2002 | Monte Karlo | X.Mantoyya | Williams | D.Kulthard | McLaren |
27.05.2001 | Monte Karlo | D.Kulthard | McLaren | M.Şumaxer | Ferrari |
04.06.2000 | Monte Karlo | M.Şumaxer | Ferrari | D.Kulthard | McLaren |
16.05.1999 | Monte Karlo | M.Hakkinen | McLaren | M.Şumaxer | Ferrari |
24.05.1998 | Monte Karlo | M.Hakkinen | McLaren | M.Hakkinen | McLaren |
11.05.1997 | Monte Karlo | H.Frentsen | Williams | M.Şumaxer | Ferrari |
19.05.1996 | Monte Karlo | M.Şumaxer | Ferrari | O.Panis | Ligier |
28.05.1995 | Monte Karlo | D.Hill | Williams | M.Şumaxer | Benetton |
15.05.1994 | Monte Karlo | M.Şumaxer | Benetton | M.Şumaxer | Benetton |
23.05.1993 | Monte Karlo | A.Prost | Williams | A.Senna | McLaren |
31.05.1992 | Monte Karlo | N.Mənsell | Williams | A.Senna | McLaren |
12.05.1991 | Monte Karlo | A.Senna | McLaren | A.Senna | McLaren |
27.05.1990 | Monte Karlo | A.Senna | McLaren | A.Senna | McLaren |
07.05.1989 | Monte Karlo | A.Senna | McLaren | A.Senna | McLaren |
15.05.1988 | Monte Karlo | A.Senna | McLaren | A.Prost | McLaren |
31.05.1987 | Monte Karlo | N.Mənsell | Williams | A.Senna | Lotus |
11.05.1986 | Monte Karlo | A.Prost | McLaren | A.Prost | McLaren |
19.05.1985 | Monte Karlo | A.Senna | Lotus | A.Prost | McLaren |
03.06.1984 | Monte Karlo | A.Prost | McLaren | A.Prost | McLaren |
15.05.1983 | Monte Karlo | A.Prost | Renault | K.Rosberq | Williams |
23.05.1982 | Monte Karlo | R.Arnu | Renault | R.Patreze | Brabham |
31.05.1981 | Monte Karlo | N.Pike | Brabham | J.Vilnöv | Ferrari |
18.05.1980 | Monte Karlo | D.Pironi | Ligier | K.Röyteman | Williams |
27.05.1979 | Monte Karlo | C.Şökter | Ferrari | C.Şökter | Ferrari |
07.05.1978 | Monte Karlo | K.Röyteman | Ferrari | P.Depaye | Tyrrell |
22.05.1977 | Monte Karlo | D.Uotson | Brabham | C.Şökter | Wolf |
30.05.1976 | Monte Karlo | N.Lauda | Ferrari | N.Lauda | Ferrari |
11.05.1975 | Monte Karlo | N.Lauda | Ferrari | N.Lauda | Ferrari |
26.05.1974 | Monte Karlo | N.Lauda | Ferrari | R.Peterson | Lotus |
03.06.1973 | Monte Karlo | C.Stüart | Tyrrell | C.Stüart | Tyrrell |
14.05.1972 | Monte Karlo | E.Fittipaldi | Lotus | J.Beltuaz | BRM |
23.05.1971 | Monte Karlo | C.Stüart | Tyrrell | C.Stüart | Tyrrell |
10.05.1970 | Monte Karlo | C.Stüart | March | Y.Rindt | Lotus |
18.05.1969 | Monte Karlo | C.Stüart | Marta | Q.Hill | Lotus |
26.05.1968 | Monte Karlo | Q.Hill | Lotus | Q.Hill | Lotus |
07.05.1967 | Monte Karlo | C.Brəbhəm | Brabham | D.Halm | Brabham |
22.05.1966 | Monte Karlo | C.Klark | Lotus | C.Stüart | BRM |
30.05.1965 | Monte Karlo | Q.Hill | BRM | Q.Hill | BRM |
10.05.1964 | Monte Karlo | C.Klark | Lotus | Q.Hill | BRM |
26.05.1963 | Monte Karlo | C.Klark | Lotus | Q.Hill | BRM |
03.06.1962 | Monte Karlo | C.Klark | Lotus | B.MakLaren | Cooper |
14.05.1961 | Monte Karlo | S.Moss | Lotus | S.Moss | Lotus |
29.05.1960 | Monte Karlo | S.Moss | Lotus | S.Moss | Lotus |
10.05.1959 | Monte Karlo | S.Moss | Cooper | C.Brəbhəm | Cooper |
18.05.1958 | Monte Karlo | T.Bruks | Vanwall | M.Trentinyan | Cooper |
19.05.1957 | Monte Karlo | X.M.Fanxio | Maserati | X.M.Fanxio | Maserati |
13.05.1956 | Monte Karlo | X.M.Fanxio | Ferrari | S.Moss | Maserati |
22.05.1955 | Monte Karlo | X.M.Fanxio | Mercedes | M.Trentinyan | Ferrari |
21.05.1950 | Monte Karlo | X.M.Fanxio | Alfa Romeo | X.M.Fanxio | Alfa Romeo |