F-1.az-a danişan Pirelli Motorsport-un başçısı Mario İzola bildirib ki, əvvəlki illərdə olduğu kimi yarışda bir pit-stop gözləyir…
Mario İzola: “Üç ən yumşaq tərkib Monako üçün aşkar seçimdir, amma taktiki seçim müxtəlifliyi yenə də mümkündür. Builki təkərlərin yeyilməsi də dağılması aşağı olduğu üçün, komandaların işi UltraSoft-dan SuperSoft-a keçmək üçün düzgün pit-stop zamanını müəyyən etmək olacaq. Məncə, bu seçim yarış üçün standart olacaq.
Xatırladım ki, mövsümdə ilk dəfədir ki, dəst sayını sürücülər özləri seçiblər. Gözlənildiyi kimi, hamı UltraSoft-a üstünlük verib. Bu tərkibdən həm sıralanma turunda, həm də yarışda istifadə etmək olar”.