Monako-2017: İkinci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlərdə trasın vəziyyəti yaxşılaşıb. Asfalt təkər qırıntıları ilə örtülüb və komandalar ənənəvi proqramlarının icrasına başlayıblar - sazlanmalar üzərində işləyiblər və təkərlərin səmərəliliyini yoxlayıblar.

F-1.az xatırladır ki, birinci sessiyada Niko Hülkenberq və Markus Eriksson problemlər üzündən işləyə bilməmişdilər. Lakin komandalar problemləri vaxtında həll ediblər və hər iki sürücü ikinci sessiya başlayan kimi dərhal trasa çıxıblar.

Startdan 11 dəqiqə sonra Palmerin maşını tüstülənib və britaniyalı sürücü üçün cümə axşamı məşqləri başa çatıb. Bir saatın bitməsinə az qalmış isə Ləns Stroll üçüncü döngənin çıxışında qəza edib. Maşının təxliyə edilməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Sürücülər boksa qayıtmalı olublar və fasilə 6 dəqiqə davam edib.

İlk məşqlərdə Həmilton trasın yeni rekordunu müəyyən etmişdi, lakin bu dəfə Mercedes AMG sürücüləri liderlər qrupundan xeyli uzaq düşüblər. Sebastyan Fettel isə Həmiltonun həmin nəticəsini də üstələyib və protokollara başçılıq edib – 1:12.720.

Sürücülər sabah istirahət edəcəklər. Məşqlər isə şənbə günü davam edəcək. İki gün sonra bizi həm də poul uğrunda gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:12.720 38
2 3 Daniel Rikkardo Red Bull 1:13.207 + 0:00.487 35
3 7 Kimi Rəykkönen Ferrari 1:13.283 + 0:00.563 46
4 26 Daniil Kvyat Toro Rosso 1:13.331 + 0:00.611 41
5 55 Karlos Sayns Toro Rosso 1:13.400 + 0:00.680 43
6 33 Maks Ferstappen Red Bull 1:13.486 + 0:00.766 36
7 11 Serxio Peres Force İndia 1:13.799 + 0:01.079 45
8 44 Lyuis Həmilton Mercedes AMG 1:13.873 + 0:01.153 31
9 20 Kevin Maqnussen Haas 1:13.890 + 0:01.170 46
10 77 Valtteri Bottas Mercedes AMG 1:13.902 + 0:01.182 39
11 2 Stoffel Vandorn McLaren 1:13.946 + 0:01.226 42
12 22 Censon Batton McLaren 1:13.981 + 0:01.261 37
13 19 Felipe Massa Williams 1:14.003 + 0:01.283 46
14 8 Roman Qrojan Haas 1:14.022 + 0:01.302 44
15 31 Esteban Okon Force İndia 1:14.093 + 0:01.373 47
16 18 Ləns Stroll Williams 1:14.474 + 0:01.754 27
17 27 Niko Hülkenberq Renault 1:14.870 + 0:02.150 41
18 30 Colion Palmer Renault 1:15.616 + 0:02.896 8
19 9 Markus Eriksson Sauber 1:15.691 + 0:02.971 32
20 94 Paskal Verlyayn Sauber 1:15.695 + 0:02.975 37
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*