Monako-2017: Həftəsonuna hava proqnozu

Monakoda həftəsonuna isti və günəşli hava vəd edilir, yağıntı ehtimalı böyük deyil.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sərbəst yürüşlərin start götürəcəyi cümə axşamı hava +23 dərəcə olacaq və mülayim cənub-şərq küləyi əsəcək. Sürücülərin istirahət edəcəyi cümə günündə də hava şəraiti eyni olacaq.

Şənbə günü hava bir qədər buludlu olacaq, lakin yağıntı ehtimalı 10%-dən çox deyil. Termometrlər +23 dərəcəni göstərəcəklər. Bazar günü də hava +23 dərəcəyə qədər qızacaq və yağıntı gözlənilmir.

Qeyd edək ki, keçən il Monte Karloda yarışın baş tutduğu gün yağış yağsa da, qalan sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*