F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan, pit-stopa gec girmək hesabına liderliyə yüksələrək qələbə qazanan Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Sebastyan cari mövsümdə Avstraliya, Bəhreyn və İspaniya Qran Prilərindən sonra dördüncü dəfədir ki, bu ada layiq görülür.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |