Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, artıq iki sürücü İspaniyada bəzi elementlərdən dördüncüsünü istifadə edib – Fernando Alonso turboqovucu (TC) və MGU-H generatorunda limitə çatıb, Sebastyan Fettel də icazə verilən son turboqovucudan istifadə edib. Stoffel Vandorn isə Soçidə olduğu kimi, Barselonada da say limitini keçdiyi üçün cəzalandırılmışdı.
Qeyd edək ki, Fernando Alonso Monako İndy500-də yarışacağı üçün Monako Qran Prisində iştirak etməyəcək, onun maşınının sükanı arxasında Censon Batton əyləşəcək.
N | Sürücü | Komanda | Motor | İCE | TC | MGU-H | MGU-K | ES | CE |
44 | Lyuis Həmilton | Mercedes AMG | Mercedes | 2 | 2 | 2 | 2 | 1 | 1 |
77 | Valtteri Bottas | Mercedes AMG | Mercedes | 2 | 2 | 2 | 2 | 1 | 2 |
3 | Daniel Rikkardo | Red Bull | TAG Heuer | 2 | 2 | 2 | 2 | 1 | 2 |
33 | Maks Ferstappen | Red Bull | TAG Heuer | 2 | 2 | 2 | 1 | 1 | 2 |
5 | Sebastyan Fettel | Ferrari | Ferrari | 2 | 4 | 2 | 2 | 2 | 2 |
7 | Kimi Rəykkönen | Ferrari | Ferrari | 2 | 3 | 2 | 2 | 2 | 2 |
11 | Serxio Peres | Force İndia | Mercedes | 1 | 1 | 1 | 1 | 1 | 1 |
31 | Esteban Okon | Force İndia | Mercedes | 1 | 1 | 1 | 1 | 2 | 1 |
19 | Felipe Massa | Williams | Mercedes | 1 | 1 | 1 | 1 | 2 | 1 |
18 | Ləns Stroll | Williams | Mercedes | 1 | 1 | 1 | 1 | 1 | 1 |
14 | Fernando Alonso | McLaren | Honda | 3 | 4 | 4 | 3 | 1 | 1 |
2 | Stoffel Vandorn | McLaren | Honda | 2 | 5 | 5 | 2 | 5 | 5 |
26 | Daniil Kvyat | Toro Rosso | Renault | 2 | 2 | 2 | 2 | 1 | 1 |
55 | Karlos Sayns | Toro Rosso | Renault | 2 | 2 | 3 | 3 | 2 | 2 |
8 | Roman Qrojan | Haas | Ferrari | 2 | 3 | 2 | 2 | 1 | 2 |
20 | Kevin Maqnussen | Haas | Ferrari | 2 | 2 | 2 | 2 | 2 | 2 |
27 | Niko Hülkenberq | Renault | Renault | 2 | 2 | 2 | 2 | 1 | 2 |
30 | Colion Palmer | Renault | Renault | 2 | 2 | 2 | 1 | 1 | 2 |
9 | Markus Eriksson | Sauber | Ferrari-2016 | 2 | 2 | 2 | 2 | 1 | 2 |
94 | Paskal Verlyayn | Sauber | Ferrari-2016 | 2 | 2 | 2 | 2 | 1 | 3 |