Belə görünür ki, Williams-ın pit-stoplardakı uğurlu günləri də artıq geridə qalıb – Qrouv təmsilçisinin mexanikləri sürətlərinə görə ardıcıl iki yarışdır ki, ilk üçlüyə belə düşə bilmirlər. Monakoda onlar ən yaxşı dördüncü nəticəni göstərə biliblər.
F-1.az xəbər verir ki, Monakoda bu sahədə lider Red Bull olub – Rikkardonun maşınına 2.60 saniyədə qulluq edilib ki, əslində bu da rekord nəticədən xeyli uzaqdır. Hər halda mexaniklərin işi avstraliyalıya trasa Bottas və Ferstappenin önündə qayıtmağa imkan verib. Mercedes komandası Red Bull-a cüzi fərqlə uduzub – Həmiltonun təkərləri 2.61, Bottasın təkərləri isə 2.65 saniyəyə dəyişilib.
Ferrari bu göstəriciyə görə liderlər sırasında olmayıb – komanda ilk onluğa yalnız Fettelin pit-stopu ilə düşüb və cəmi bir xal qazanıb. Lakin qeyd etməliyik ki, bu, alman sürücünün yarışda qalib gəlməsinə mane olmayıb.
Renault və Sauber komandaları isə hələ də fərqlənə bilməyiblər…
Komanda | Cəmi | ||||||||||||||||||||
Williams | 40 | 25 | 31 | 20 | 12 | 12 | 145 | ||||||||||||||
Mercedes AMG | 26 | 1 | 8 | 20 | 40 | 33 | 128 | ||||||||||||||
Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 120 | ||||||||||||||
Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 73 | ||||||||||||||
Force İndia | 6 | 12 | 30 | 4 | 1 | 4 | 57 | ||||||||||||||
Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 49 | ||||||||||||||
Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 18 | ||||||||||||||
McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 16 | ||||||||||||||
Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | ||||||||||||||
Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |