Monako-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər bu il baş tutan bütün yarışlarda olduğu kimi, Monakoda da Lyuis Həmiltonu əsas favorit hesab edirlər. Barselonada qazanılmış qələbə əmsallara da təsir edib. Lakin Sebastyan Fettelin şansları heç də ondan az qiymətləndirilmir…

Monako Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.25
Sebastyan Fettel 2.37
Valtteri Bottas 7.50
Kimi Rəykkönen, Maks Ferstappen, Daniel Rikkardo 15.00
Serxio Peres, Esteban Okon 151.00

 

Bukmeykerlərin fikrincə, titul uğrunda mübarizədə Lyuis qalib gəlməyə ən real namizəddir. Lakin 2 həftə əvvəl onlar Fettelin mövsümün sonunda çempion olacağını düşünürdülər. Amma hər iki sürücünün əmsalında müsbət dəyişiklik var. Valtteri Bottasın şansları isə iki həftə əvvəlki ilə müqayisədə xeyli az qiymətləndirilib…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.67
Sebastyan Fettel 2.37
Valtteri Bottas 21.00
Kimi Rəykkönen 101.00
Daniel Rikkardo, Maks Ferstappen 201.00

 

Mühəndislər Kubokunda favorit artıq bir neçə ildir ki, dəyişmir. Bukmeykerlər əmindirlər ki, Mercedes AMG bu il də qalib olacaq.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.44
Ferrari 2.75
Red Bull 151.00
Williams, Force İndia, Haas, Toro Rosso, Renault, Sauber, McLaren 1501.00
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*