F-1.az xatırladır ki, İndy500 yarışında iştirak etmək üçün ABŞ-a yollanan Fernando Alonsonu Monakoda sabiq komanda yoldaşı Censon Batton əvəzləyir. Komanda keçən mövsüm karyerasını bitirmiş Censonu yeni maşına uyğunlaşmaq üçün Bəhreyndəki testlərə dəvət etmişdi, lakin britaniyalı sürücü simulyatorda işləməklə kifayətlənmişdi. Bu gün isə o, ilk dəfə MLC32-nin sükanı arxasına keçib.
Komandalar, adətən, birinci sərbəst yürüşlərdə ən sərt təkərlərdən istifadə edirlər. Amma sürücülərə bu il ilk dəfə təkər seçimi etmək imkanı verildiyindən, kifayət qədər ən yumşaq təkərlərdən sifariş ediblər. Buna görə də, sürücülər UltraSoft təkərlərlə işləməyə üstünlük veriblər.
Sessiyanın əvvəlində sürücülərin bir çoxu baryerlərlə təmas yaşayıblar, lakin ciddi insident baş verməyib. Dəqiqələr keçdikcə onlar trasa daha yaxşı öyrəşiblər və ilk sessiya qəzasız ötüşüb. Ardıcıl dövrələr vuran Maks Ferstappen asılqan problemi ilə qarşılaşıb. Markus Eriksson üçün isə sessiya cəmi 3 dövrə davam edib – isveçli sürücünün ötürmələr qutusu sıradan çıxıb. Niko Hülkenberqin maşınında güc qurğusunun enerji toplayıcısı ilə problemlər üzə çıxıb.
Çoxları Monakoda Mercedes AMG-nin uzun təkər bazasına görə problem yaşayacağını düşündüyündən Ferrari-ni favorit hesab edirdi, lakin ilk sessiyada protokollara Lyuis Həmilton başçılıq edib. Onun 1:13.425-lik nəticəsi Daniel Rikkardonun keçənilki poul nəticəsini 0.2 saniyə üstələyir.
Nahardan sonra məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:13.425 | – | 40 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.621 | + 0:00.196 | 34 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:13.771 | + 0:00.346 | 32 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.791 | + 0:00.366 | 40 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:13.854 | + 0:00.429 | 45 |
6 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:14.111 | + 0:00.686 | 42 |
7 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:14.164 | + 0:00.739 | 37 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:14.201 | + 0:00.776 | 32 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:14.333 | + 0:00.908 | 39 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:14.425 | + 0:01.000 | 39 |
11 | 19 | Felipe Massa | Williams | 1:14.617 | + 0:01.192 | 37 |
12 | 2 | Stoffel Vandorn | McLaren | 1:14.813 | + 0:01.388 | 38 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:14.870 | + 0:01.445 | 34 |
14 | 22 | Censon Batton | McLaren | 1:14.954 | + 0:01.529 | 35 |
15 | 8 | Roman Qrojan | Haas | 1:15.321 | + 0:01.896 | 33 |
16 | 18 | Ləns Stroll | Williams | 1:15.595 | + 0:02.170 | 44 |
17 | 30 | Colion Palmer | Renault | 1:15.949 | + 0:02.524 | 42 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:16.258 | + 0:02.833 | 33 |
19 | 27 | Niko Hülkenberq | Renault | – | – | 3 |
20 | 9 | Markus Eriksson | Sauber | – | – | 3 |