Monako-2016: Yarışa ilkin hava proqnozu

Meteoroloqlar Monako Qran Prisi günlərində knyazlığın ərazisində havanın günəşli və isti olmasını proqnozlaşdırırlar.

F-1.az Monte Karlonun hava bürosuna istinadən bildirir ki, küçələrdə ənənəvi olaraq ilk iki sərbəst yürüşlər cümə axşamı baş tutacaq – həmin gün havanın +22 dərəcəyədək qızması gözlənilir. Cümə günü buludlu olsa da, temperatur +25 dərəcəyə yüksələcək, amma bu gün Formula1 sürücüləri trasda işləmirlər.

Şənbə günü termometrlər +25 dərəcəni göstərsələr də, axşam yağış yağa bilər. Bazar günü səmanı buludlar tutacaq, temperatur +21 dərəcəyə düşəcək, yarışın finişindən dərhal sonra isə yağış başlaya bilər.

Xatırladırıq ki, keçən il cümə axşamı sərbəst yürüşlər qurumaqda olan trasda, qalan sessiyalar isə quru trasda baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*