F-1.az xatırladır ki, keçən əsrin 80-90-cı illərin sərhədində Pirro Benetton və Scuderia İtalia komandalarında çıxış edib, ən yaxşı nəticəsi isə 1989-cu ilin Avstraliya Qran Prisində 5-ci yer olub.
Emanuele daha çox Le Man marafonundakı nailiyyətləri ilə tanınır. Audi komandasının heyətində italiyalı sürücü 5 dəfə (2000-2002-ci illər və 2006-2007-ci illər) əfsanəvi marafonun qalibi olub. Daha iki dəfə ALMS seriyasında (2001-ci və 2005-ci illər) titul qazanıb.
Monako Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Pirro FİA-nın prezidentinin köməkçisi Qərri Konnelliyə və FİA-nın vitse-prezidenti Xose Abedə kömək edəcək.