Monako-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonası

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonasını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, digər traslardan fərqli olaraq Monakoda Formula1 sürücülərini yalnız bir DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Monako trasının konfiqurasiyası çox nadir hallarda dəyişdirilir və 1951-ci ildən bu günə qədər cəmi 10 dəfə dəyişdirilib, həm də bu dəyişikliklər çox minimal olublar. Məsələn, keçən il 12-14-cü döngələrin konfiqurasiyası dəyişdiyi üçün trasın uzunluğu 3 metr qısalıb.

Builki yarış ərəfəsində trasın 1-ci döngədən 4-cü döngəyədək və 12-ci döngədən 19-cu döngəyədək olan hissələrində asfalt örtüyü dəyişdirilib, 1-ci, 5-ci və 9-cu döngələrdə isə TecPro baryerləri quraşdırılıb.

Bundan başqa, marşalları qırıntılardan qorumaq üçün 1-ci döngədə yeni əlavə torlu hasar da quraşdırılıb.

FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonası da dəyişməz qalıb – hovuzun çıxışında, 16-cı döngədən sonra sürücülər arasındakı interval ölçüləcək, əgər bu fərq 1 saniyədən az olarsa, onda 19-cu döngədən bir qədər sonra geridə olan sürücü arxa qanadın hərəkətli elementindən (DRS) start-finiş düzlüyündə istifadə edə biləcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*