Monako-2016: Tras və statistika

Təqvimdə bundan qəribə və əksliklərlə zəngin mərhələ yoxdur, yəqin məhz buna görə Monakoda qazanılmış qələbə hamı üçün xüsusi əhəmiyyət kəsb edir və hər bir sürücünün arzusudur. Kiçik bir səhv yarışı yarımçıq saxlamağı təmin edir, motorun gücü və aerodinamikanın effektliyi son nəticəyə təsir etmir, ötmək üçün praktiki yer yoxdur – müasir Formula1-in tələblərinin tam əksliklərinin bütün yığımı...

Formula1 knyazlığın küçələrinə debüt ilində gəlib, ilk mərhələ Fanxionun qələbəsi ilə başa çatmışdı – əfsanəvi sürücü yarış məsafəsini 3 saat 13 dəqiqə 19 saniyəyə (orta sürət 98.7 km/saat) qət etmişdi. 1952-ci ildə məşqlər zamanı Luici Faciolinin həlak olmasından sonra bir çox mütəxəssislər trası təhlükəli hesab edərək 4 il təqvimə salmadılar, 1955-ci ildən isə Monako həmişəlik Formula1-ə qayıtdı. İndiyə kimi Monakoda iki sürücü dünyasını dəyişib, iki maşın suya düşüb, amma Monako Qran Prisi ən təhlükəsiz mərhələdir.

Təqvimdə ən yavaş yarışdır, sıralanma turunda poulla autsayderi çox az vaxt ayırır, ona görə də sürücülər risk edirlər. Monakoda praktiki olaarq ötmək mümkün deyil, yarışın taleyi sıralanma turunda və birinci döngədə həll olunur.

Son on ildə Monakoda 8 dəfə faktiki olaraq pouldan start alan sürücü qalib gəlib. iki istisna var – 2008-ci ildə şənbə günü Massa poul qazansa da, xaotik yağışlı yarışı Həmilton qələbə ilə başa vurmuşdu və keçən il Həmilton pouldan start alaraq uzun müddət yarışa başçılıq etsə də, əlavə pit-stopa görə yarışı 3-cü yerdə başa vurmuşdu. Daha iki statistik aydınlaşdırma edək: 2006-cı və 2012-ci illərdə sıralanma turlarında Mixael Şumaxer poul qazanmışdı, amma hər iki halda cərimələndiyi üçün pouldan Alonso və Uebber start almışdılar və qələbəyə də məhz onlar sevinmişdilər.

Monaco Grand Prix

 

FORMULA 1 GRAND PRIX DE MONACO 2016
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
26-29 may 2016 Circuit de Monte Carlo 3337 m 78 260.286 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Nadir tras nadir yanaşma tələb edir, komandalar asılqanları və aerodinamikanı yerə yatma qüvvəsinin və asfaltla ilişmənin ən effektiv maksimum kəmiyyətinə sazlayırlar. Kələ-kötür düzlüklər və gərgin döngələr şassinin xüsusi sazlanmalarını, itibucaqlı sancaq döngələr isə təkərlərin böyük dönmə bucağını tələb edir.

Maşına, texnikaya inam və dövrənin optimal templə qət edilməsi həlledici rol oynayır, komandalar sürücülərə sərbəst yürüşlərdə trasda işləmək üçün maksimum zaman verirlər, məşqlər zamanı qəza həftəsonuna ciddi təsir edə bilər. Monako trasında dövrəni təmiz vurmaq çox çətindir – sıralanma turunda bir dövrədə 3 ən yaxşı sektoru səhvə yol vermədən toplamaq əsl çağırışdır.

Cümə axşamı ilk məşqlərdə asfaltın vəziyyəti ürəkaçan olmur, axşama vəziyyət tədricən düzəlir, amma Formula1 sürücüləri cümə günü trasda işləmirlər, ona görə də şənbə səhəri yenə də asfaltın vəziyyəti dəyişir.

2015-ci ilin Monako Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Buludlu. Qurumaqda olan tras Lyuis Həmilton Mercedes AMG 1:18.750
2-ci sərbəst yürüşlər Buludlu. Yağışlı Lyuis Həmilton Mercedes AMG 1:17.192
3-cü sərbəst yürüşlər Buludlu. Quru Sebastyan Fettel Ferrari 1:16.143
Sıralanma turu Buludlu. Quru Lyuis Həmilton Mercedes AMG 1:15.098
Yarışda sürətli dövrə Buludlu. Quru Daniel Rikkardo Red Bull 1:18.063

 

Monaco Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Monako Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Monako Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
26 may 1-ci sərbəst yürüşlər 12:00
26 may 2-ci sərbəst yürüşlər 16:00
28 may 3-cü sərbəst yürüşlər 13:00
28 may Sıralanma turu 16:00 15:50
29 may Yarış 16:00 15:30

 

Pirelli

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Yumşaq təkərlər maşınlarda çatışmaz dönüşlük yaradırlar, bunu isə ancaq arxa təkərləri daha güclü yükləməklə kompensə etmək olar. Arxa təkərlər isə sürətlənmələr üzündən lap çox yeyilir.

Monakoda ilk dəfə məhz şəhər trasları üçün nəzərdə tutulmuş UltraSoft tərkibini görəcəyik – komandalar bu tərkiblə Barselona testlərində çalışmışdılar, amma bu dəfə fərqli şərait olacaq.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 1 2 10
Niko Rosberq Mercedes AMG 1 2 10
Sebastyan Fettel Ferrari 2 2 9
Kimi Rəykkönen Ferrari 2 2 9
Valtteri Bottas Williams 2 4 7
Felipe Massa Williams 2 4 7
Daniel Rikkardo Red Bull 1 2 10
Maks Ferstappen Red Bull 1 2 10
Niko Hülkenberq Renault 3 3 7
Serxio Peres Renault 3 3 7
Kevin Maqnussen Force İndia 1 2 10
Colion Palmer Force İndia 1 3 9
Daniil Kvyat Toro Rosso 3 3 7
Karlos Sayns Toro Rosso 3 3 7
Fernando Alonso McLaren 1 5 7
Censon Batton McLaren 1 5 7
Markus Eriksson Sauber 1 4 8
Felipe Nasr Sauber 1 4 8
Paskal Verlyayn Manor 2 5 6
Rio Haryanto Manor 2 5 6
Roman Qrojan Haas 1 3 9
Esteban Qutyerres Haas 1 3 9

 

Monaco Grand Prix

 

Hazırkı pilotların Monako Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
N.Rosberq 10 102 2 4 3
S.Fettel 8 95 1 4 1
L.Həmilton 9 91 1 4 1
F.Alonso 14 90 2 4 2
C.Batton 15 53 1 3 1
F.Massa 13 47 1 2
K.Rəykkönen 13 36 1 3 1
D.Rikkardo 5 25 1
N.Hülkenberq 5 14
D.Kvyat 2 12
R.Qrojan 4 4
S.Peres 5 6
F.Nasr 1 2
K.Sayns 1 1
K.Maqnussen 1 1
V.Bottas 3
M.Erikson 2
E.Qutyerres 2
M.Ferstappen 1
C.Palmer
P.Verlyayn
R.Haryanto

 

Monako Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
24.05.2015 Monte Karlo L.Həmilton Mercedes AMG N.Rosberq Mercedes AMG
25.05.2014 Monte Karlo N.Rosberq Mercedes AMG N.Rosberq Mercedes AMG
26.05.2013 Monte Karlo N.Rosberq Mercedes AMG N.Rosberq Mercedes AMG
27.05.2012 Monte Karlo M.Uebber Red Bull M.Uebber Red Bull
29.05.2011 Monte Karlo S.Fettel Red Bull S.Fettel Red Bull
16.05.2010 Monte Karlo M.Uebber Red Bull M.Uebber Red Bull
24.05.2009 Monte Karlo C.Batton Brawn GP C.Batton Brawn GP
25.05.2008 Monte Karlo F.Massa Ferrari L.Həmilton McLaren
27.05.2007 Monte Karlo F.Alonso McLaren F.Alonso McLaren
28.05.2006 Monte Karlo F.Alonso Renault F.Alonso Renault
22.05.2005 Monte Karlo K.Rəykkönen McLaren K.Rəykkönen McLaren
23.05.2004 Monte Karlo Y.Trulli Renault Y.Trulli Renault
01.06.2003 Monte Karlo R.Şumaxer Williams X.Mantoyya Williams
26.05.2002 Monte Karlo X.Mantoyya Williams D.Kulthard McLaren
27.05.2001 Monte Karlo D.Kulthard McLaren M.Şumaxer Ferrari
04.06.2000 Monte Karlo M.Şumaxer Ferrari D.Kulthard McLaren
16.05.1999 Monte Karlo M.Hakkinen McLaren M.Şumaxer Ferrari
24.05.1998 Monte Karlo M.Hakkinen McLaren M.Hakkinen McLaren
11.05.1997 Monte Karlo H.Frentsen Williams M.Şumaxer Ferrari
19.05.1996 Monte Karlo M.Şumaxer Ferrari O.Panis Ligier
28.05.1995 Monte Karlo D.Hill Williams M.Şumaxer Benetton
15.05.1994 Monte Karlo M.Şumaxer Benetton M.Şumaxer Benetton
23.05.1993 Monte Karlo A.Prost Williams A.Senna McLaren
31.05.1992 Monte Karlo N.Mənsell Williams A.Senna McLaren
12.05.1991 Monte Karlo A.Senna McLaren A.Senna McLaren
27.05.1990 Monte Karlo A.Senna McLaren A.Senna McLaren
07.05.1989 Monte Karlo A.Senna McLaren A.Senna McLaren
15.05.1988 Monte Karlo A.Senna McLaren A.Prost McLaren
31.05.1987 Monte Karlo N.Mənsell Williams A.Senna Lotus
11.05.1986 Monte Karlo A.Prost McLaren A.Prost McLaren
19.05.1985 Monte Karlo A.Senna Lotus A.Prost McLaren
03.06.1984 Monte Karlo A.Prost McLaren A.Prost McLaren
15.05.1983 Monte Karlo A.Prost Renault K.Rosberq Williams
23.05.1982 Monte Karlo R.Arnu Renault R.Patreze Brabham
31.05.1981 Monte Karlo N.Pike Brabham J.Vilnöv Ferrari
18.05.1980 Monte Karlo D.Pironi Ligier K.Röyteman Williams
27.05.1979 Monte Karlo C.Şökter Ferrari C.Şökter Ferrari
07.05.1978 Monte Karlo K.Röyteman Ferrari P.Depalye Tyrrell
22.05.1977 Monte Karlo D.Uotson Brabham C.Şökter Wolf
30.05.1976 Monte Karlo N.Lauda Ferrari N.Lauda Ferrari
11.05.1975 Monte Karlo N.Lauda Ferrari N.Lauda Ferrari
26.05.1974 Monte Karlo N.Lauda Ferrari R.Peterson Lotus
03.06.1973 Monte Karlo C.Stüart Tyrrell C.Stüart Tyrrell
14.05.1972 Monte Karlo E.Fittipaldi Lotus J.Beltuaz BRM
23.05.1971 Monte Karlo C.Stüart Tyrrell C.Stüart Tyrrell
10.05.1970 Monte Karlo C.Stüart March Y.Rindt Lotus
18.05.1969 Monte Karlo C.Stüart Marta Q.Hill Lotus
26.05.1968 Monte Karlo Q.Hill Lotus Q.Hill Lotus
07.05.1967 Monte Karlo C.Brəbhəm Brabham D.Halm Brabham
22.05.1966 Monte Karlo C.Klark Lotus C.Stüart BRM
30.05.1965 Monte Karlo Q.Hill BRM Q.Hill BRM
10.05.1964 Monte Karlo C.Klark Lotus Q.Hill BRM
26.05.1963 Monte Karlo C.Klark Lotus Q.Hill BRM
03.06.1962 Monte Karlo C.Klark Lotus B.MakLaren Cooper
14.05.1961 Monte Karlo S.Moss Lotus S.Moss Lotus
29.05.1960 Monte Karlo S.Moss Lotus S.Moss Lotus
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*