F-1.az xəbər verir ki, sərbəst yürüşlərdə müxtəlif komandaların sürücüləri liderlik ediblər – birinci məşqlərdə Həmilton Mercedes motoru ilə, ikinci məşqlərdə Rikkardo Renault motoru ilə, üçüncü məşqlərdə isə Fettel Ferrari motoru ilə hamıdan sürətli olublar.
Səhər məşqlərdən sonra Kimi Rəykkönenin maşınında ötürmələr qutusu dəyişdirilib – finlandiyalı sürücü sabah yarışın startında 5 yer itirməli olacaq.
Mövsümdə ilk dəfə Pirelli komandalar UltraSoft tərkibini təqdim edib – ən yumşaq təkər tərkibi məhz şəhər trasları üçün nəzərdə tutulub, amma məşqlərdən sonra sürücülər təkərlərin işçi rejimə çıxarılmasının çətinliyindən gileyləniblər. Ona görə də sıralanma turunda da sürücülər bir neçə dövrədən ibarət seriyalarla işləməli olublar.
Birinci sessiyaya Force İndia sürücüləri SuperSoft, digərləri isə UltraSoft təkərlərlə başlayıblar. Amma startdan bir saniyə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb – tunelin çıxışında Nasrın maşınında motor işləməkdən imtina edib.
Asfaltı dağılmış yağdan təmizləmək lazım gəlib – pauza beş dəqiqə uzanıb.
Həmilton protokollara başçılıq edib – 1:14.831, sonra Fettel sürətlənib – 1:14.610, sonra yenə də sessiya dayandırılıb – bu dəfə Ferstappen 15-ci döngədə asılqanı sındırıb və 16-cı döngədə baryerlərə çırpılıb.
Restartdan sonra Fettelin nəticəsini yaxşılaşdıran olmayıb, mübarizəni isə Eriksson, Palmer, Haryanto, Verlyayn, Ferstappen və Nasr dayandırıblar.
İkinci sessiyada Həmilton ilk cəhdində protokollara başçılıq edib – 1:14.056, amma sonra hamı ilə birlikdə ikinci cəhdinə də çıxıb. Rikkardo ikinci cəhdində SuperSoft-la özünün UltraSoft-da göstərdiyi nəticəni üstələyib – ona görə də sabah avstraliyalı sürücü bu təkər dəsti ilə start alacaq.
İkinci cəhdində Rosberq hamını qabaqlayıb – 1:14.043. Mübarizəni isə Bottas, Qutyerres, Batton, Massa, Qrojan və Maqnussen dayandırıblar.
Sonuncu sessiyanın əvvəlində Həmiltonun maşınında güc qurğusunda problemlər üzə çıxıb – dünya çempionu pit-leynin çıxışında dayanmalı olub.
Mexaniklər maşını boksa qaytarıblar – problem yanacağın yüksək temperaturu üzündən təzyiqin aşağı düşməsi ilə bağlı olub. Maraqlıdır ki, komandanın hər iki maşınında yaşanan problem daha tez Rosberqin maşınında üzə çıxıb və operativ həll olunub. Lyuis də bir neçə dəqiqədən sonra trasa qayıdıb.
İlk cəhdində yeni Renault motoru quraşdırılmış Rikkardo protokollarda liderliyi ələ alıb – 1:13.622, bu nəticəni heç kim yaxşılaşdıra bilməyib.
Daniel Rikkardo Monakoda karyerasının ilk poulunu qazanıb. Sabah onun yanından Niko Rosberq start alacaq. İkinci cərgədən isə Həmilton və Fettel ilk döngəyə birinci girməyə çalışacaqıar.
Sabah bizi maraqlı start və yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:14.912 | 5 | 4 | 1:14.357 | 8 | 1:13.622 | 8 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 3 | 1:14.873 | 8 | 1 | 1:14.043 | 8 | 1:13.791 | 8 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:14.826 | 8 | 2 | 1:14.056 | 7 | 1:13.942 | 6 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1 | 1:14.610 | 7 | 3 | 1:14.318 | 8 | 1:14.552 | 8 |
5 | 27 | Niko Hülkenberq | Force İndia | 6 | 1:15.333 | 11 | 9 | 1:14.989 | 7 | 1:14.726 | 7 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 10 | 1:15.499 | 8 | 5 | 1:14.789 | 9 | 1:14.732 | 8 |
7 | 55 | Karlos Sanys | Toro Rosso | 9 | 1:15.467 | 6 | 7 | 1:14.805 | 9 | 1:14.749 | 8 |
8 | 11 | Serxio Peres | Force İndia | 5 | 1:15.328 | 11 | 8 | 1:14.937 | 9 | 1:14.902 | 8 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | 7 | 1:15.384 | 6 | 6 | 1:14.794 | 9 | 1:15.273 | 8 |
10 | 14 | Fernando Alonso | McLaren | 11 | 1:15.504 | 8 | 10 | 1:15.107 | 10 | 1:15.363 | 8 |
11 | 77 | Valtteri Bottas | Williams | 12 | 1:15.521 | 10 | 11 | 1:15.273 | 5 | ||
12 | 21 | Esteban Qutyerres | Haas | 14 | 1:15.592 | 12 | 12 | 1:15.293 | 10 | ||
13 | 22 | Censon Batton | McLaren | 13 | 1:15.554 | 5 | 13 | 1:15.352 | 10 | ||
14 | 19 | Felipe Massa | Williams | 15 | 1:15.710 | 13 | 14 | 1:15.385 | 6 | ||
15 | 8 | Roman Qrojan | Haas | 8 | 1:15.465 | 12 | 15 | 1:15.571 | 10 | ||
16 | 20 | Kevin Maqnussen | Renault | 16 | 1:16.253 | 12 | 16 | 1:16.058 | 10 | ||
17 | 9 | Markus Eriksson | Sauber | 17 | 1:16.299 | 12 | |||||
18 | 30 | Colion Palmer | Renault | 18 | 1:16.586 | 12 | |||||
19 | 88 | Rio Haryanto | Manor | 19 | 1:17.295 | 12 | |||||
20 | 94 | Paskal Verlyayn | Manor | 20 | 1:17.452 | 12 | |||||
21 | 33 | Maks Ferstappen | Red Bull | 21 | 1:22.467 | 3 | |||||
22 | 12 | Felipe Nasr | Sauber | 22 | – | 1 |