Çərşənbə günü Maks Ferstappen (Red Bull), Niko Rosberq (Mercedes AMG), Sebastyan Fettel (Ferrari), Colion Palmer (Renault), Roman Qrojan (Haas) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə axşamı isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Nik Çester (Renault), Monişa Kaltenborn (Sauber), Ceyms Ki (Toro Rosso), Pəddi Lou (Mercedes AMG) və Pol Monaqan (Red Bull) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…