F-1.az xəbər verir ki, bazar günü keçirilən Monako Qran Prisində 7-ci yerdən start alan və yekunda 3-cü yeri tutaraq komandasına bu mövsüm ilk podiumu qazandıran Serxio Peres “Günün sürücüsü” seçilib. O, bu uğuru əldə edən 5-ci sürücüdür.
Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir. Bundan əvvəl Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen və nəhayət, İspaniyada yarışın qalibi Maks Ferstappen “Günün sürücüsü” seçilmişdilər.