M.Mosli yerini Todta hazırlayır?

Təhlilçi Mark Hyuz hesab edir ki, Maks Mosli növbəti seçkilərdə iştirakdan imtina etməklə öz yerinə Ferrari komandasının keçmiş başçısı Jan […]

Təhlilçi Mark Hyuz hesab edir ki, Maks Mosli növbəti seçkilərdə iştirakdan imtina etməklə öz yerinə Ferrari komandasının keçmiş başçısı Jan Todtu hazırlayır. Todt Ferrari-dən başqa digər komandalar üçün qeyri-münasib namizəddir. Hərçənd, o elə Ferrari üçün də münasib deyil – deyilənlərə görə, müqavilənin müddəti başa çatdıqdan sonra Luka di Montedzemolo ilə ayrılıq dostcasına olmayıb…

Keçən il məhz Todt Ferrari-nin adından News Of The World qəzetində qalmaqallı yazıdan sonra Moslinin istefasının əleyhinə səs vermişdi. O zaman Ferrari-dən başqa bütün komandalar istefanın lehinə səs vermişdilər. Amma FOTA-nın vitse-prezidenti Con Hauett çərşənbə günü jurnalistlərə bildirib: “Biz federasiyanın prezidenti postunda müstəqil namizədi görmək istəyirik, bu namizədin nə əvvəllər, nə də indi heç bir komanda ilə əlaqələri olmamalıdır.”

Montedzemolonun Mosli və Ekklstounla danışıqlarında varis məsələsinin müzakirə olunması məlum deyil, amma Mark Hyuz bu gün The Times-ın səhifələrində yazıb ki, bu variant Mosliyə sərf edir. Komandalardan birinin nümayəndəsi bu barədə deyib: “Maks istəyir ki, kimsə onun işini davam etdirsin. ELə biri ki, onu nəzarətdə saxlaya bilsin. Biz hamımız bilirik ki, söhbət kimdən gedir.”

Jan Todt istedadlı və uğurlu rəhbərdir, Maks ona nəzarət edə biləcəmi – böyük sualdır, amma fransalı mütəxəssisin soyadı keçən həftə dillərdən düşmürdü, çox güman ki, o doğrudan da oktyabrda seçkilərdə iştirak edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*