Komandalarla görüş ərəfəsində FİA prezidenti Maks Mosli İtaliyanın La Gazzetta dello Sport qəzetinə müsahibəsində bir daha öz mövqeyini açıqlayıb…
Maks Mosli: “Formula1 Ferrari-siz indi gördüyümüz kimi ola bilməzdi, amma komandalardan heç biri idman üçün məcburi ola bilməz. Çoxluq başa düşür ki, biz indiki məsrəflərin səviyyəsini saxlaya bilmərik və sual çıxır – ya mühəndislərin işini məhdudlaşdırmaqla məsrəfləri azaltmalıyıq, ya da məsrəfləri məhdudlaşdırmalıyıq? Mənim üçün cavab aydındır – komandaların məsrəflərini məhdudlaşdırmaq lazımdır.
Mənim nə Ferrari-ni nə də digər komandaları Formula1-dən qovmaq arzum yoxdur, əksinə – biz çempionatın uzunmüddətli iqtisadi stabilliyinə zəmanət tələb edirik və yeni komandaların çempionata gəlməsi üçün əlverişli şərait yaratmaq məşğuluq.”