M.Mosli: “İnternetin potensialı böyükdür”

Bir neçə il əvvəl FOM formula1.com domeninə nəzarəti ələ keçirə bildi və çempionatın rəsmi saytını təçkil etdi, sayt eksklyuziv xidmətlər […]

Bir neçə il əvvəl FOM formula1.com domeninə nəzarəti ələ keçirə bildi və çempionatın rəsmi saytını təçkil etdi, sayt eksklyuziv xidmətlər üzündən tezliklə populyarlaşdı, amma FİA prezidenti Maks Mosli hesab edir ki, internetin potensialından tam istifadə olunmur. Hazırda sayt Berni Ekksltounun holdinqinə məxsusu olan Formula One Administration Ltd (FOA) şirkətinə məxsusdur. LG şirkətinin çempionatın texniki təminatçısı və sponsoru olması ilə əlaqədar olaraq, internetdə daha çox xidmətləri təklif etmək olar, Mosli öz müsahibəsində rəsmi saytda görmək istədiklərini açıqlayıb…

Maks Mosli: “Berni internetə laqeyd yanaşır, amma intenrnetin potensialı böyükdür və biz internetdən effektiv istifadəni öyrənə bilsək əsil inqilab edə bilərik. Bu gün Formula1 internetə böyük diqqət ayırmır, amma təsəvvür edin: bütün məşqlər, testlər, sıralanma turu və yarışlar tayminqli dörd montordan izlənilir, bu monitorlar hələlik yalnız komandalara mmənsubdur, sonra bokslara kamera qoymaq olar – hər bir azarkeş özünü hadisələrin mərkəzində hiss edə bilər.”

Tayminqli dörd monitor hazırda internetdə var, amma onları yalnız televiziya yayımını həyata keçirən kanallar şərhçilərin studiyasına ala bilirlər. İnanmaq istərdik ki, Moslinin arzuları tezliklə çin olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*