M.Mosli: “FOTA-nın mövqeyi zəifdir”

Çempionat rəhbərliyi və komandalar arasında qarşıdurma davam etməkdədir. Həftənin əvvəlində Parisdə baş tutmuş FİA-nın Ümumdünya Şurasının iclasından əvvəl Formula1 komandaları […]

Çempionat rəhbərliyi və komandalar arasında qarşıdurma davam etməkdədir. Həftənin əvvəlində Parisdə baş tutmuş FİA-nın Ümumdünya Şurasının iclasından əvvəl Formula1 komandaları assosiasiyası (FOTA) FİA-ya çempionatda sürücülərə yeni xal hesablanması sistemini və gələn mövsüm üçün məsrəflərin azadılmasının kompleks tədbirlər planını təqdim etmişdilər. Yeni xal sistemini Şura yekdilliklə rədd edərək Ekklstounun təklif etdiyi qalibi qələbələrin sayına görə müəyyən etmək təklifini qəbul edib, FOTA-nın təklif etdiyi tədbirləin əvəzinə isə Moslinin gələn ildən büdcənin azadılması təklifini dəstəkləyib.

Dünən komandalar çempionu müəyyən etməyin yeni qaydalarını dəstəkləməyiblər, ona görə də bu il qaydalar dəyişməz qalacaq, amma gələn ildən tərəflər kompromisə getməsələr Ümumdünya Şurasının qərarları qüvvəyə minə bilər. FİA prezidenti komandaların mövqeyini zəif hesab edir, FOTA-nın təkliflərini isə qeyri-effektiv. Daily Telegraph qəzetinə müsahibəsində Mosli bir daha FOTA-nın sıralarını dağıtmaq istəyib, o bildirib ki, Williams və Force İndia komandaları onun təkliflərini bəyəniblər…

Maks Mosli: “Komandalar bilirdilər ki, biz büdcənin məhdudlaşdırılması variantını nəzərdən keçirəcəyik, amma bizim tərəfimizdən belə operativ hərəkətlər gözləmirdilər. FOTA-nın mövqeyi zəifdir, onlar gileylənirlər ki, biz komandalarla məsləhətləşməmişik, amma əslində biz Force İndia və Williams-la danışmışdıq, onların da reaksiyası müsbət idi. Mən Diter Mateşiçlə danışa bilmədim, amma düşünürəm ki, o da bizi dəstəkləyərdi. İstənilən halda biz nəsə etməyə borcluyuq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*