Gələn il Sauber komandası heyətini tam dəyişəcək – Kamui Kobayaşi və Serxio Peresi Niko Hülkenberq və Esteban Qutyerres əvəz edəcəklər. Komandanın başçısı Monişa Kaltenborn ümid edir ki, belə bir güclü addım nəticələrə mənfi təsir etməyəcək…
Monişa Kaltenborn: “Sauber komandasında həmişə hamının rəyi nəzərə alınıb, istənilən qərar bir neçə dəfə müzakirə olunur, ondan sonra qəbul olunur. Biz əsl komanda kimi çalışırıq və bizim hər birimiz bu addıma görə məsuliyyət daşıyırıq.
Biz artıq bir neçə ildir ki, Esteban Qutyerres ilə çalışırıq və o bizim ümidlərimizi tam doğruldur. Estaban peşəkar sürücü kimi bütün mərhələrdən keçib və artıq yetişmiş sürücüdür.
Gələn il hər iki sürücümüz barəbər status alacaqlar, amma biz, əlbəttə, gözləyirik ki, Niko Hülkenberq müəyyən sahələrdə lider rolunu oynaycaq, xüsusən də maşının təkmilləşdirilməsi və mühəndislərlə münasibət məsələlərində.”