M.Jene Ferrari ilə müqaviləsini uzadıb

Hazırda dözümlülük yarışlarının iştirakçısı, keçmiş Formula1 sürücüsü Mark Jene Ferrari komandası ilə test sürücü müqaviləsini uzadıb. İspaniyalı sürücü SpeedWeek jurnalına […]

Hazırda dözümlülük yarışlarının iştirakçısı, keçmiş Formula1 sürücüsü Mark Jene Ferrari komandası ilə test sürücü müqaviləsini uzadıb.

İspaniyalı sürücü SpeedWeek jurnalına müsahibəsində bildirib ki, “Ferrari-də işimi davam etdirmək şərəfinə nail olmuşam, mənim məqsədim tam aydındır – mən komandaya kömək etməliyəm ki, hazırladığımız maşınla Fernando Alonso titul qazansın.”

2000-ci ildə Minardi komandasında karyerasını başa vuran Mark Williams komandasında test sürücü kimi çalışıb və 2003-cü və 2004-cü illərdə üç yarışda Ralf Şumaheri əvəzləyib. 2005-ci ildən isə Ferrari komandasında test sürücü kimi çalışır…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*