F-1.az xəbər verir ki, mövsümün ənənəsi burada da təsdiqini tapıb – Ducati motosikletlərində yarışan sürücülər burada da ilk dörd yeri tutublar.
Poulu isə zavod komandasının avstraliyalı sürücüsü Cək Miller qazanıb – gələn il KTM Red Bull komandasına keçən Cək həlledici dövrəsində titula namizəd olan komanda yoldaşı Françesko Banyayanı 0.015 saniyə qabaqlayıb.
Françesko dünən məşqlərdə Aleks Markusu bloka saldığı üçün sabahkı yarışın startında 3 yer itirəcək. Ona görə də ilk cərgədə Ducati-nin törəmə komandalarının sürücüləri Enea Bastyanini (Gresini) və Marko Bezzekki (VR46) yer alacaqlar.
Aprilia-dan Maverik Vinyales 4-cü və Pramac-dan Joan Zarko 6-cı yerdən start almaqla 2-ci cərgəni tam Ducati-ləşdiriblər.
VR46-nın digər sürücüsü Luka Marini 7-ci nəticə göstərib. Mövsümün liderləri Fabio Kuartararo (Yamaha) və Aleş Esparqaro (Aprilia) 3-cü cərgəni tamamlayıblar.
İlk 7 yerdə cəmi bir Aprilia sürücüsünün olması Ducati-nin bu trasda dominant üstünlüyə malik olmasından xəbər verir. Görək yarış necə keçəcək…