Mixaelin zədəsi ciddidir?

Meribel dağ-xizək kurortunun kommersiya direktoru Olivye Desolti Sky News telekanalına müsahibəsində təsdiq edib ki, Mixael Şumaxer dağ trasından kənarda yıxılıb...

Olivye Desolti: “Təxminən saat 11-də Mixael Şumaxer dağın ətəklərində yıxılıb. Əslində o trasda olmayıb, bir qədər kənarda məşq edirmiş. Mixael Maudui adlanın trasın yaxınlığında yıxılıb və başı qayaya dəyib.

Biz əminik ki, Mixaelin başında dəbilqə olub və ümid edirik ki, hər şey yaxşı olacaq. Təhlükəsizlik xidmətinin patrulu hadisə yerinə dərhal yollanıb, biz helikopter çağırmalı olduq ki, Şumaxeri yaxınlıqdakı hospitala aparsın.”

Qrenoblın mərkəzi universitet hospitalında zədələnmiş Şumaxer baş beyinin maqnit-rezonans tomoqrafiyasından keçib və axşam fransalı həkimlərin bəyanatı gözlənilir.

F-1.az xəbər verir ki, hospitalın baş həkimi Jan Mark Qrenye artıq jurnalistlərin qarşısına bir dəfə çıxıb, amma əlavə məlumat verməyərək sadəcə təsdiq edib ki, Şumaxer həqiqətən onun klinikasındadır. Qrenye jurnalistlərə mətbuat konfransını gözləməyi məsləhət görüb. Hospitalın önünə toplaşan jurnalistlər bildiriblər ki, professor Jerar Seyyan artıq hospitala gəlib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*