Sabine Kem: “Mixael Fransanın Alp dağlarındadır, bu gün səhər xizəklə sürüşərkən yıxılıb. Mixael başından zədələnib və hospitala çatdırılıb, hazırda hospitalda peşəkar tibbi müayinədən keçir. Biz xahiş edirik ki, onun sağlamlığı barədə məlumat verməməyimizi başa düşəsniz. Hadisə zamanı Mixael tək olmayıb və onun başında qoruyucu dəbilqə olub.”
F-1.az Europe 1 radiostansiyasına istinadən bildirir ki, Mixael Meribelə 14 yaşlı oğlu ilə gəlib, amma insident zamanı oğlu yanında olmayıb.
Jurnalist Ceyms Allen italiyalı turistə istinadən bildirir ki, Mixaelin zədəsi çox ciddidir, amma həyat təhlükəsi yoxdur. Allen əmindir ki, Mixaelin sağlamlığı ilə şəxsən məşhur neyro-cərrah, professor Jerar Seyyan məşğul olacaq, FİA-nın prezidenti və Ferrari komandasının keçmiş başçısı Jan Todt isə vəziyyəti şəxsi nəzarəti altında saxlayacaq…