Saat 11:53-də Mixael yerli Mutye hospitalına çatdırılıb, 12:45-də isə onu Qrenobl klinikasına köçürüblər, çünki yeddiqat dünya çempionunun zədəsi gözlənildiyindən ciddi olub.
F-1.az xəbər verir ki, Şumaxer müxtəlif çətinllik kateqoriyasından olan iki dağ trasının kəsişməsində yıxılıb. O tək olub, həqiqətən başında dəbilqə olub, amma yıxılması zədəsiz ötüşməyib: Mixaelin beyni silkələnib. İlkin araşdırma göstərib ki, yıxılmanın səbəbi “texniki xətadır.” Hadisə barədə həkimlər hələ şərh verməyiblər.
Sky News Qrenobl klinikasının növbətçi həkiminə istinadən bildirib ki, Şumaxer hələ müayinədən keçir, həkimlər zədələrin təhlükəliyini qiymətləndirirlər…