F-1.az xatırladır ki, Şumaxer 2013-cü ilin dekabr ayında dağ-xizək kurortunda yıxılmışdı və hazırda almaniyalı sürücünün vəziyyəti pisdir.
Əfsanəvi sürücünün meneceri yeni bir açıqlama verib: “Mətbuat Mixael və Korinnanın şəxsi həyatı barədə heç nə bilmirdi. O, İsveçrədə yaşayanda da hər şeyini mətbuatdan gizlədirdi.
Biz o vaxt Mixaellə uzun-uzadı müzakirələr apardıq və o mənə dedi ki, “Məni gələn il axtarma. Mən göz önündən itmək istəyirəm”.
İnsanlar onunla maraqlanır və onun haqqında yeni məlumatlar almaq istəyirlər. Amma jurnalistlər bəzi şeyləri yazmamışdan əvvəl düşünməlidirlər”.