F-1.az xatırladır ki, Şumaxer Ferrari-yə 1996-cı ildə transfer olunmuş və 2000-ci ildə “qırmızılar”ın 21 illik çempionluq həsrətinə son qoymuşdu. Şumaxer bu müddətdə komanda ilə birlikdə çox işləyərək, çatışmazlıqları aradan qaldırmışdı.
Jan Todt: “Mixael həmişə çox peşəkar idi və hər xırdalığa fikir verirdi. Bəzən əsəbiləşirdi, amma eyni zamanda yuxarı pillələrə yüksəlmək üçün əlindən gələni etdiyinə əmin olurdunuz. Bəzi insanlar onun özündən razı olduğunu düşünürdülər, amma o bəzi mövzularda utancaq idi.
Mükəmməl adam idi. Hazırda etdiyi kimi həmişə mübarizə aparardı. Həm yaxşı, həm də pis günlərimiz oldu. Nə qədər çox xatırlasanız, o qədər çətin olar”.