Mixael barədə həkimlərin bəyanatı gözlənilir…

Qrenoblın universitet hospitalının həkimləri Mixael Şumaxerin sağlamlığını monitorinq ediblər - yeddiqat dünya çempionu süni komaya salınıb və neyrocərrahiyə sahəsinin ekspertlərinin fikrincə, qarşıdakı 48 saat onun sağlamlığı üçün böhran xarakterli olacaq.

Lyej universitet hospitalının anesteziologiya və föqəladə vəziyyətlər tibbi professoru, FİA-nın Formula1-də keçmiş tibbi nümayəndəsi olan Qəri Hartsteyn bu gün Twitter səhifəsində yazıb: “Bu, adi süni komadır və əslində qoruyucu və keyidici funksiyalar daşıyır. Eşitmək istərdim ki, beyindaxili təzyiq normaldır. Əgər bunu eşitsək, bu, yaxşı xəbər olacaq…”

Hələlik sürücünün vəziyyəti yaxşı deyil, Avropa mətbuatının başlıqları eyni məna daşıyır: “Mixael Şumaxer ölüm və həyat arasındadır.” Dünən gecə hospitalın nümayəndəsi bildirib ki, yeddiqat dünya çempionun sağlamlığı barədə yeni xəbər saat 11:00-dən sonra veriləcək (Bakı vaxtılə 14:00)…

F-1.az bildirir ki, dünən axşam Qrenobla FİA-nın prezidenti, Ferrari komandasının keçmiş başçısı Jan Todt gəlib. Britaniya mətbuatı bildirir ki, Ross Braun da hospitaldadır. Radio Monte Carlo-ya müsahibəsində Todt bildirib ki, həmyerlisi, dünyanın ən məşhur neyrocərrahı Jerar Seyyana tam etibar edir, Şuminin həyatı onun əlindədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*