Mitç Evans Berlində ilk yarışı qazanıb

Bu gün Berlində köhnə Tempelhof aeroportunun parkinq sahəsində salınmış süni trasda elektrik maşınların Formula E çempionatının növbəti mərhələsində ilk yarış keçirilib.

F-1.az xəbər verir ki, Formula E tarixində rekord 16-cı dəfə pouldan start alan Sebastyen Buemi ilk döngədə liderliyini itirib – 4-cü yerdən start alan Dən Tiktum daxili trayektoriya ilə irəli çıxıb. Səm Börd də isveçrəli sürücünü qabaqlamaq istəsə də, bunu bacarmayıb. Uzun müddət ilk üçlük dəyişməyib, hətta hücum modundan istifadə zamanı sürücülər yerlərini dəyişsələr də, yekunda vəziyyət əvvəlki mövqeyə qayıdıb. Amma onların arxasında mövqelər uğrunda gərgin mübarizə gedib.

8-ci dövrədə trasa Təhlükəsizlik Maşını (TM) çıxıb və TM-dən sonra Buemi, Ceyk Dennis, Börd, Mitç Evans liderliyə yüksəliblər.

19-cu dövrədə Stoffel Vandorn və Tiktum təmas yaşayaraq mübarizəni dayandırıblar – trasa yenidən TM çıxıb.

Restartdan sonra Buemi liderliyə yüksəlib, onu Jaguar sürücüləri sıx təqib ediblər. 38-ci dövrədə Bördün Buemiyə hücumu uğursuz alınıb – vəziyyətdən Evans yararlanıb: əvvəlcə komanda yoldaşını, daha sonra isə Buemini qabaqlayıb.

Son dövrədə enerjisi tükənən Buemini əvvəlcə Börd, son döngədə isə Maksimilian Günter qabaqlaya bilib – almaniyalı sürücü Maserati-yə tarixin ilk podiumunu qazandırıb.

Jaguar komandası isə növbəti dublunu bayram edib – Mitç Evans ardıcıl 2-ci qələbəsini qazansa da, çempionatda hələ 4-cüdür. Paskal Verlyayn heç nə ilə yadda qalmasa da, finişdə 6-cı olub və mövsümdə liderliyini davam etdirir.

Sabah Berlində 2-ci, mövsümün isə 8-ci yarışı baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*