Mission Winnow loqotipləri Bəhreyndə qayıdacaq

Ferrari komandası mövsümün ikinci yarışı Bəhreyndən etibarən Mission Winnow yazılarını yenidən qaytaracaq.

F-1.az xatırladır ki, italiyalılar Avstraliyada başladılan araşdırmaya görə Mission Winnow loqotiplərini həm bolidin, həm də geyimlərin üzərindən yığışdırmalı olmuşdular. Philip Morris şirkəti bu layihənin tütün reklamı ilə əlaqəsi olmadığını iddia edir.

Şirkətin qlobal kommunikasiya rəhbəri Tommaso di Covanni bu barədə danışıb: “Mission Winnow 2019-cu ildə Ferrari-nin titul sponsoru olmağa davam edəcək. Amma Avstraliyada işlər fərqli olacaq. Melburndakı yarışdan əvvəl təfərrüatları açıqlayacağıq. Viktoriya əyalətinin etdiyi şeyi anlayırıq. Mission Winnow bütün qaydalara riayət edir və bu layihədən tütün satmaq üçün istifadə edilməyəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*