Mini mövsümə poulla başlayıb

Bəhreyndə F1 çempionatının dəstək seriyası olan Formula3 seriyası da start alıb. Bu gün iki sərbəst yürüş sessiyası arasında gənc sürücülər mövsümün ilk sıralanma turunu keçiriblər.

F-1.az xəbər verir ki, 11 komandanı təmsil edən 33 sürücü dərhal sürətə axışıb. Sürücülər iki ardıcıl qızdırma dövrəsindən sonra sürətli cəhdlərə başlayıblar. İlk cəhdlərdən sonra Trident komandasından Qabriel Bortoleto protokollara başçılıq edib.

İkinci cəhdlərdən sonra isə Prema komandasından Zək o Sallivan liderliyi ələ alıb.

Sessiyanın sonuna 10 dəqiqə qalmış sürücülər son cəhdə yollanıblar. Bu dəfə poul uğrunda mübarizə Hitech komandasının iki gənc debütantı arasında gedib – Sebastyan Montoya səhvə yol verib və Qabriele Mini mövsümə ilk poulu ilə başlayıb. Yekunda Montoya 15-ci yerlə kifayətlənib.

İlk cərgəni Bortoleto tamamlayıb, İkinci cərgəni isə ART Grand Prix komandasından Qrequar Sosi və Trident-dən Oliver Göte zəbt ediblər.

Sabah baş tutacaq mövsümün ilk qısa (sprint) yarışında birinci 12 sürücü reversiv start alacaq. Ona görə də ilk cərgədən yarışa Campos-dan Xose Mariya Marti və VAR-dan Kayo Kollet başlayacaqlar.

Sabah F3 sprint yarışı Bakı vaxtı ilə 13:15-də başlayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*