Mini Monakoda poul qazanıb

Bu gün Monakoda gənc sürücülərin Formula 3 çempionatında mövsümün 3-cü mərhələsi çərçivəsində sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, gənc sürücülər çempionat tarixində ilk dəfə knyazlığın küçələrində yarışırlar və 30 sürücünü eyni anda mübarizəyə buraxmaq təhlükəli olduğu üçün onları qrupa bölmək qərara alınıb.

Sadə yol seçilib – tək nömrə altında olan sürücülər A qrupuna, cüt nömrə altında yarışanlar isə B qrupuna düşüblər. Hər bir qrupda mübarizəyə 16 dəqiqə vaxt veriilib.

Əvvəlcə A qrupunun sürücüləri trasa çıxıblar. Ənənəvi olaraq mübarizə sıx alınıb və yekunda qrupda mübarizə Prema komandasının sürücüsü Dino Beqanoviçin qələbəsi ilə başa çatıb. Növbəti iki yeri Hitech komandasının sürücüləri – Lük Brauininq və Sebastyan Montoya tutublar. Maraqlıdır ki, Montoya damalı bayraqlardan sonra sürətli dövrədə olub və hovuzun şikanasında qəzaya uğrayıb…

B qrupunda da sürücülər iki cəhd ediblər və tədricən təkərləri qızdıraraq sürətlərini artırıblar. Bu dəfə protokollara Hitech komandasının sürücüsü Qabrile Mini başçılıq edib. Prema-dan Pol Aron və VAR komandasından Kayo Kollet ilk üçlüyü tamamlayıblar.

Mininin nəticəsi A qrupunun qalibi Beqanoviçin nəticəsindən yaxşı olduğu üçün B qrupunun iştirakçıları start düzümündə tək yerləri tutublar.

Beləliklə, Qabriele Mini Monakoda bazar günü pouldan strat almaq hüququ əldə edib. Şənbə günü baş tutacaq sprint yarışda isə Qrequar Sosi (ART GP) ilk yerdən start alacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*