Mini karyerasında ilk qələbəsinə sevinib

Bu gün Monakoda gənc sürücülərin Formula 3 çempionatında mövsümün 3-cü mərhələsi çərçivəsində əsas yarış baş tutub.

F-1.az xəbər verir ki, cümə günü knyazlığın dar küçələrində rəqiblərindən bir baş üstün olan Hitech komandasının gənc sürücüsü bu gün də heç kimə heç bir şans verməyib.

Alpine Akademiyasının İtaliyalı sürücüsü poulu 0.6 saniyəlik üstünlüklə qazanmışdı. Ona görə də bu gün asanlıqla finişə qədər liderlik edib.

Podiumu isə Prema komandasının sürücüləri Dino Beqanoviç və pol Aron tamamlayıblar.

Ötmələrin çətin olduğu bir trasda əsas diqqət Kayo Kollet və Sebastyan Buemi arasında mübarizəyə cəmləşib. Rəqibini çox sıx təqib edən kolumbiyalı sürücü önündəki sürücü ilə təmas yaşayıb. Nəticədə onun ön qanadı qırılıb, braziliyalı sürücünün isə arxa təkəri deşilib. Kayo mübarizəni dayandırıb, Sebastyan isə qanadını dəyişdirərək sonuncu yerdə mübarizəyə qayıtsa da, hakimlərdən +5 saniyəlik cərimə də alıb.

Daha ağır cəriməni isə finişdə 5-ci olmuş Teylor Barnard alıb – Jenzer MotorSport komandasının sürücüsü 1-ci döngəni kəsərək üstünlük qazandığı üçün +10 saniyəlik cərimə qalıb.

Montoya və Kolletin toqquşması, eləcə də Barnardın cəriməsi mövsümün lideri Qabriel Borotoletonun xeyrinə olub. Trident komandasının sürücüsü yekun protokollarda 5-ci yerə yüksəlib.

Bunun sayəsində Qabriel hələ liderliyini davam etdirir. İndi onun hesabında 73 xal var. Mini 56 xalla ikincidir. Komandaların mübarizəsində Trident (124) Prema-nın (110) önündədir.

Gənc sürücülərin mübarizəsi gələn həftə Barselonada davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*