Mike Elliott: Biz başa düşdük ki, maşında nəyi dəyişdirməliyik

Mercedes komandasının texniki direktoru Mayk Elliott Auto Motor und Sport-a verdiyi müsahibədə yellənmə ilə bağlı problemi necə həll edə bildiyi barədə danışıb.

F-1.az xəbər verir ki, texniki reqlamentdəki ciddi dəyişikliklərdən sonra keçən il bir çox komandaların hazırladıqları maşınlar uzun düzlükdə vertikal yellənmə problemi ilə üzləşmişdi.

Mike Elliott: “Yellənmənin seçdiyimiz minimal yan pontonlar konsepsiyası ilə əlaqəli olub-olmadığını söyləmək çətindir. Əslində, qaydalarda bu boşluğu başqa heç kimin tapmaması bizi təəccübləndirdi. Biz hesab edirik ki, yellənmə pontonların forması ilə deyil, daha çox bu maşını necə dizayn etdiyimizlə, onu inkişaf etdirərkən qarşımıza hansı məqsədlər qoyduğumuzla bağlıdır.

Mövsümün əvvəlində yellənmə aerodinamika ilə bağlı idi və maşının real problemlərini bizdən gizlədirdi. Yüksək sürət altında əyilməməsi üçün altlığın yüksək sərtliyinə nail olmaq çətinliyi ortaya çıxdı. Barselonaya gətirdiyimiz yeniliklər, əksər hallarda bu problemi həll etdi. Mövsümün sonunda gördüyünüz yellənmə artıq asfaltın üzərindəki qabarlardan, kələ-kötürlükdən qaynaqlanırdı ki, bu da asılqan hündürlüyü minimum olan bu maşınlara xas bir haldır.

Əvvəlcə nəticələrin trasdan trasa niyə belə dəyişdiyini izah edə bilmədik. Sonradan proqnozlarımız dəqiqləşdi, hansı trasın bizə uyğun olacağını, harada çətinliklərin yaranacağını anladıq. Nəticədə, 2023-cü ildə bunun təkrarlanmaması üçün maşında dəqiq nəyi dəyişdirmək lazım olduğuna inam yarandı. Bu inam bizi nikbinliyə kökləyir, lakin Formula1-də heç nəyə əmin ola bilməzsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*