Michelin Formula1-ə qayıtmasını istisna etmir

Mövsümün əvvəlindən paddokda şayiələr gəzir ki, Michelin şirkəti gələn il Formula1-ə qayıtmağa hazırlaşır. Üç il əvvəl şirkət bu addımı atmağa […]

Mövsümün əvvəlindən paddokda şayiələr gəzir ki, Michelin şirkəti gələn il Formula1-ə qayıtmağa hazırlaşır. Üç il əvvəl şirkət bu addımı atmağa yaxın idi və təkər tenderində iştirak üçün ərizə də vermişdi, amma müsabiqənin şərtləri onu qane etmədiyi üçün ərizəsini geri götürmüşdü. Lakin bu gün fransalılar çempionata qayıtmağı istisna etmirlər…

Paskal Kuasnon, Michelin Motorsport-un başçısı: “Bu gün mən Formula1-ə qayıtmağımızı istisna edə bilmərəm. Biz hamımız bilirik ki, Formula1 məhsul reklamında necə böyük rol oynayır. Bu sahədə çempionat çox uzağa gedib. Bundan başqa, texniki planda da çempionat maraqlıdır.

Biz çempionat rəhbərliyi ilə görüşə bilərdik, görüşdə yarışların baxımlılığını artırmaq üçün təkərlərin tərkibi üzrə bir neçə təklifi müzakirə edə bilərdik. Məsələn, biz Formula1-də təkərlərin ölçüsünü dəyişə bilərdik. Bu gün çempionatda 13 düyməlik təkər disklərindən istifadə olunur, amma başqa maşınlarda bu disklər yoxdur, ona görə də bu bizə maraqlı deyil. Əgər Formula1 18 düyməlik disklərə keçərsə, tamam başqa məsələ olar. Formula1 maşını yeni disklərdə gözəl görünərdi.

Biz sadəcə çempionata qayıtmaq istəmirik, biz çempionatı xilas etmək istəyirik. Amma məsələ belədir ki, bəs çempionat bizi maraqlandırmaq üçün bizə nə təklif edəcək? Maraqlı təkliflər olarsa, biz bu variantı nəzərdən keçirə bilərik. Niyə də yox?”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*